Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“İnsanları biz Şəhidlər Xiyabanına yönləndirdik” – “Emosiyalar niyə cilovlanmalı, idarə edilməli idi?”

Tarix 24.07.20, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BBC radiosuna müsahibəsində ölkədə baş verən hadisələrə münasibət bildirib.

AzFakt.com müsahibənin bəzi hissələrini təqdim edir:

- Bakıda iyulun 14-dən 15-ə keçən gecə minlərlə insan küçələrə çıxdı və orduya, Ali Baş Komandana dəstək ifadə etdi. Həmin vaxt dövlət rəsmilərindən niyə izdihamın qarşısına çıxan olmadı?

- Birincisi, dövlət rəsmiləri həmin izdihamın arasında idilər. Bilirsiniz ki, Təhlükəszilik Şurasının üzvləri insanlarla söhbət edirdilər. Burada əsas məsələ dövlət rəsmilərinin küçəyə çıxması deyildi, xalqın öz istəyini ifadə etməsi idi...

- Amma lidersiz bir toplum vardı... 

- Razı deyiləm. Xalq orada çox gözəl şüarlar səsləndirirdi. "Qarabağ Azərbaycanındır!", "Vətən bölünməz!", "Qarabağı qaytarın" şüarları təkcə Bakılda deyil, ölkənin başqa yerlərində də keçirilən aksiyalarda qaldırılmışdı.

- Hakimiyyət tənqidçiləri deyirlər ki, iqtidarda elə bir nüfuzlu şəxs yox idi ki, həmin vaxt toplumun qarşısına çıxıb onu idarə edərdi...

- Axı o emosiyaları niyə cilovlamaq, idarə etmək lazım idi? Axı bu aksiya, şüarlar xalqın ürəyindən gəlirdi. Əskinə, biz şərait yaratdıq, onları Şəhidlər Xiyabanına yönləndirdik. Belə çıxır ki, biz o emosiyaları, şüarları dayandırmalıydıq... Əsas məsələ odur ki, bu hadisələrdən sui-istifadə edən qüvvələr proseslərin istiqamətini dəyişdirmək istədilər. Cənab Prezidentin iyulun 15-də çıxışı bu hadisələrlə nöqtə qoydu. Bax, bu gün 50 min Azərbaycan gənci orduya yazılıb. Halal olsun onlara, onların valideynlərinə!...

- Müxalifət Tovuzda döyüşlər başlayan zaman hakimiyyətə dəstək verdi, amma əksinə, müxalifət düşmən, təxribatçı kimi göstərildi. Bu nə ilə bağlıdır?

- Siz gərək, başqa istiqamətlərə diqqət yönəldəsiz. Birincisi, Azərbaycanda iqtidarla-müxalifət arasında yüksək səviyyədə dialoq gedir. Bir qrup insanın parlamentə soxulması, onu dağıtmağa, çökdürməyə çalışması bəyəm müxalifətçilikdirmi? Kimsə qanundan yüksək səviyyədə deyil. Kim o provakasiyaları törədibsə, parlamentin binasını qeyri-qanuni soxulubsa, xalqın istəyini, arzusunu başqa istiqamətə yönəltməyə çalışıbsa, cavab verməlidir. Hadisələrdən istifadə etməyə cəhd edən təşkilat başa düşməlidir ki, bu gün dialoq daha vacibdir, nəinki konfrantasiya, provakasiyalar. Müxalifətçilərdən soruşun, onlar niyə dialoq aparmaq istəmirlər? Dialoq birbaşa Azərbaycanın apardığı haqq müharibəsində birləşmək deməkdir. Birləşmək haqqında danışa-danışa onu etməməyin adı populizmdir.

- Birləşmək necə olmalıdır?

- Necə ki başqa partiyalar edib, gəlib masanın arxasında oturub danışmaq lazımdır. Birləşməkdən danışıb ondan qaçmaq orjinal bir şeydir. Belə olmaz. Bütün siyasi partiyalara dialoq çağırışı edilib. Heç kim, heç kimdən artıq deyil. Hansısa partiya özünü yeganə müxalifət, yeganə həqiqətin daşıyıcısı kimi təqdim edib ayrıca dəvət gözləyəcəksə, bu tamamilə yanlış yanaşmadır. Dialoq istəyən qüvvə yaxınlaşar.

- Yeni həbslər Azərbaycanla Avropa Şurası arasında münasibətlərə necə təsir göstərəcək? Prezident müxalifət nümayəndələrini nəzərdə tutaraq dedi ki, parlament binasına girənlərlə bağlı bütün tədbirlər görüləcək, bu zaman xarici təşkilatların reaksiyasına əhəmiyyət verilməyəcək.

- Əvvəla, cənab Prezident bunu tamamilə haqlı olaraq deyib. Məlumdur ki, Avropa Şurasının bəzi nümayəndələri Azərbaycana qarşı qərəzli münasibət ifadə etməkdən çəkinmirlər. Onlar vəziyyəti hərtərəfli araşdırmadan mediaya öz fikirlərini bildirirlər. Bununla da bizə deyil, Avropa Şurasının özünə problemlər yaradırlar. Ona görə də bu gün Azərbaycan deyil, Avropa Şurası böhranın içərisindədir. Əgər, hansısa təşkilat qanunun aliliyini yox, bu şəxsləri müdafiə edəcəksə, deməli onların qanunun aliliyindən danışmaq haqqı yoxdur. Bu gün demokratiya, insan haqları məsələləri dövlətlərə qarşı alət kimi istifadə olunur. Onlar yenidən təzyiqlərə başlayacaqsa, onun heç bir əhəmiyyəti, effekti olmayacaq. Özlərinin vəziyyətini gərginləşdirəcəklər.

- Tovuz hadisələri fonunda Xarici İşlər naziri Elmar Məmmədyarov da vəzifəsini itirdi. Keçmiş nazir hansı səhvlərə yol vermişdi?

- Söhbət Elmar Məmmədyarovdan getmir. Prezident də, başqa rəsmilər də, mən də bu məsələni dəfələrlə vurğulamışıq ki, bizim beynəlxalq müstəvidə daha açıq, daha konkret, əlaqələndirici, Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə cürətlə müdafiə edən siyasətin təqdim olunması ehtiyacı yaranmışdı. Hesab edirəm ki, aparılacaq islahatlara uyğun olaraq təyin olunan yeni nazir bu siyasəti ifadə edəcək.

- Elmar Məmmədyarovda çatışmayan nə idi? Cürət?

- Vəzifədən gedən insanın haqqında danışmaq doğru deyil. Hesab edirəm ki, Azərbaycanda hücum diplomatiyasının həyata keçirilməsinə daha böyük ehtiyac duyulurdu. Şübhəsiz ki, qarşıdakı aylarda yeni nazir bu siyasəti uğurla icra edəcək.

- Prezident yeni naziri qəbul edərkən bəzi səfirlərin, diplomatların xarici ölkələrin təsiri altına düşdüyünü dedi. Əvvəlki illərdə bu sahədə olan problemlər niyə qabardılmırdı?

- Məncə, bu istiqamətdə ciddi araşdırmalar aparılacaq. Azərbaycanın milli maraqları xaricdə ən yüksək səviyyədə təmsil olunmalıdır. Yaxşı olar ki, təfərrüatı yeni nazirdən soruşasız.



Xəbərin oxunma sayı : 541




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap