Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ünvanlı sosial yardım alanları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq”

Tarix 23.11.17, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda, əsasən, kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, bu sahədə olan çatışmazlıqlara toxunub: “Əgər kiminsə 50 yaşı varsa və pensiyaya çıxmaq istəyirsə, o, nə qədər asfalt tökməlidir ki, gəlib 65 yaşına çatsın?! Bu baxımdan, onlar başqa yollarla əlillik alıb pensiyaya çıxmalı olurlar”.
Deputat qeyd edib ki, bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır: “Azərbaycanda tikinti sektorunda çalışanların hansı yaşda pensiyaya çıxmağı müəyyənləşməlidir. Müəllimlərlə, alimlərlə birgə tikintidə işləyənlərə də eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq”.

S.Novruzov bildirib ki, ünvanlı sosial yardımların əvəzində müəyyən biznes yerləri açıla bilər, bu da yeni iş yerləri hesab olunur: “Bunun üçün maliyyə ayrılmalıdır. Biz onları ələbaxımlılıq sistemindən uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazanmalıdırlar. Əks halda ələ baxımılıqla bunun effektivliyi olmayacaq”.



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap