Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

““Qaçqınkom”la 170 milyon dollarlıq kredit layihələri icra edilib” – Əli Həsənov

Tarix 19.09.17, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


“Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi 18 ildir ki, Dünya Bankı ilə əməkdaşlıq edir. Bu illər ərzində 170 milyon dollara qədər kredit layihələri icra olunub”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

Komitə sədri bildirib ki, bu kredit layihələri qaçqın və məcburi köçkünlər üçün infrastrukturun qurulması, bu sahədə mövcud potensialın gücləndirilməsi və digər sahələrin inkişafına yönəldilib. Onun sözlərinə görə, komitə 18 il ərzində Dünya Bankının şəffaflıq sistemindən, ixtisaslı kadr və mütəxəssislərindən bu sahədə olan problemlərin həllində yararlanıb: “Ədalət naminə bir məsələni də deməliyəm ki, Dünya Bankı da öz növbəsində Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin idarə olunmasında Heydər Əliyev və İlham Əliyevin yaratdığı sistem və mexanizmlərdən yararlanıb, Azərbaycan modelini digər ölkələrdə də tətbiq edib”.

Baş nazirin müavini onu da deyib ki, Azərbaycanın keçmiş sovetlər birliyində heç bir beynəlxalq maliyyə sisteminə çıxışı olmayıb, yalnız müstəqillik əldə edəndən sonra, 25 il öncə Dünya Bankı ilə əməkdaşlığa başlayıb, bununla da beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın əsası qoyulub.

Qeyd edək ki, Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon tərəfindən Əli Həsənova təşəkkürnamə təqdim edilib.



Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap