Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Qanuni oğru”ları düşmən edən 40 min dollarlıq borc: Lənkəranskinin Bakıdakı görüşü - II yazı

Tarix 08.02.17, 0:03

Font ölçüsü : - / +
bitmap-img6


Ötən sayımızda iki azərbaycanlı avtoritet “Piter Elçin” və Rövşən Lənkəranskini düşmən edən səbəblər haqda yazı dərc etmişdik. Həmin yazıda iki “qanuni oğru”nu düşmən edən sonuncu hadisədə Azərbaycanın ən nüfuzlu şəxslərindən birinin Orucağa adlı qohumunun adı yer aldığı bildirilirdi. 

Həmin məqalə ilə bu linkdən tanış ola bilərsiniz: Rövşən Lənkəranski ilə “Piter Elçin”i hansı nüfuzlu şəxsin qohumu düşmən etdi? - sensasion təfərrüatlar

Bu yazımızda isə həmin Orucağa adlı şəxsin “Piter Elçin” və Rövşən Lənkəranski arasında qan davasının yaranmasına səbəb olan əməli haqda məlumat verəcəyik.

***

Azərbaycanın ən nüfuzlu şəxslərindən birinin qohumunun adının bu işdə hallanmasının onun kriminal aləmlə əlaqələrinin olduğunu deməyə əsas vermir. Amma “Piter Elçin”- Rövşən Lənkəranski münasibətlərinə son qoyan hadisədə məhz onun iştirakının olduğunu deməyə kifayət qədər əsas var. Ötən yazıda qeyd etmişdik ki, “PiterElçin”in qardaşı Maarif İsmayılov Moskvada meyvə-tərəvəz ticarəti ilə məşğul olub. Onun mal satdığı şəxslərdən biri də həmin nüfuzlu şəxsin qohumu olub. 

Uzun illər İsmayılov qardaşları ilə ticarət əlaqələrində olan Orucağa adlı şəxsin 40 min dollarlıq borc məsələsi aranı qatıb. İsmayılovlara 40 min borclu olan Orucağa həmin məbləğin ondan tələb edilməsi ilə razılaşmayıb. 

Məlumata görə, bu söz-söhbət Rövşən Lənkəranskiyə də çatıb. Rövşən LənkəranskininOrucağanın nüfuzlu qohumu ilə dost münasibətlərinin olması bu məsələyə müdaxilə etməsinə səbəb olub. Həmin nüfuzlu şəxsə qarşı jest etmək istəyən Lənkəranskinin bu məsələyə müdaxiləsi isə “Piter Elçin” və qardaşlarının qəbul etmədiyi şərtlə olub. Belə ki, Lənkəranski İsmayılov qardaşlarına həmin pulun “ölməsi” ilə bağlı xəbər göndərib. Ancaq başda “Piter Elçin” olmaqla İsmayılov qardaşları bununla razılaşmayıb...

Bakıda qan davasını başladan görüş

“PiterElçin”inqardaşlarından Fariz İsmayılov 2012-ci ildə Azərbaycana qayıdıb. Farizin Masallıya qayıtmasını da “Piter Elçin” istəyib. Bu ərəfədə 40 min dollarlıq problem də öz həllini tapmamış olub. İsmayılov qardaşları borcunu tələb edir, Lənkəranski isə həmin pulun “ölməsi” ilə bağlı qardaşlara ismarış göndərib. 

2012-ci ildə Bakıda olan Rövşən Lənkəranski bu məsələni üzbəüz həll etmək üçün “PiterElçin”in qardaşı Farizi görüşə dəvət edib. Qardaşından razılıq alan Fariz İsmayılov Lənkəranski ilə görüşə gedib.

Fariz İsamyılovla Rövşən Lənkəranskinin görüşü “Neon” şadlıq sarayında baş tutub. Lənkəranskiyə məxsus olan restorana Fariz İsmayılov tək gəlib. Danışıqların nəticəsi barədə dəqiq məlumat olmasa da bilinən budur ki, Fariz İsmayılov Orucağadan alacaqları 40 min dollardan əl çəkməyəcəklərini bu görüşdə də deyib. 

Fariz İsmayılov “Neon” restoranına gələrkən üzərində bıçaq olub. Ancaq o görüşə girmədən əvvəl bıçağını Lənkəranskinin adamlarına təhvil verib. Daha doğrusu, “qanuni oğru”nun adamları F.İsmayılovdan bıçağı alaraq görüşə buraxıblar. Görüşün sonunda Rövşən Lənkəranski məkanı tərk edib. Fariz İsmayılov da oradan ayrılmaq istəyərkən Lənkəranskinin adamları tərəfindən döyülüb. Fariz İsmayılovu döyən 4 nəfərdən biri Amil Lənkəranski olub. Amil Lənkəranski isə bir müddət sonra Moskvada qətlə yetirilib. Bu haqda birazdan...

“Piter Elçin”in döyülən qardaşını maskalı MTN əməkdaşları aparıb

Fariz İsmayılovun yaxınlarından əldə etdiyimiz məlumata görə, o, 4 nəfər tərəfindən vəhşicəsinə döyüldükdən sonra bir həftəyə yaxın kənddəki evlərində qalıb. Bir neçə gün sonra isə MTN maskalıları Fariz İsmayılovun yaşadığı Boladi kəndinə gəliblər. Evindən nazirliyə gətirilən Fariz İsamyılovdan onu döyən şəxslərin kimliyi barədə soruşublar. Fariz İsmayılovadan MTN-də Rövşən Lənkəranskidən şikayətçi olmağı tələb ediblər. Ancaq Fariz İsmayılov “məni döyməyiblər, yıxılmışam” deyib. Fariz İsmayılovun qarşısına “Neon” şadlıq sarayında qalan bıçağı qoyulub və şikayət etməsində israr edilib. Amma “PiterElçin”in qardaşı Lənkəranskidən şikayətçi olmayıb.  

Fariz İsmayılov Bakıya niyə gəlmişdi?

“PiterElçin”in qardaşı Fariz İsmayılovun bir neçə şəxs tərəfindən vəhşicəsinə döyülməsi haqda bir neçə dəfə yazılıb. Onun Moskva şəhərində döyüldüyü və bundan sonra birdəfəlik Moskvanı tərk edərək Azərbaycana gəldiyi deyilir. Ancaq F.İsmayılovun əmisi oğlu SamidBağırov onun kəndə qayıtmaq səbəbi haqda bunları deyir: “Fariz qardaşı Elçinin istəyi ilə kəndə qayıtdı. İsmayılov qardaşlarının hamısının ailəsi kənddə yaşayır. Bir qardaşları da xəstədir. “Piter Elçin” Farizi burada ailəsinin yanında qalması üçün göndərmişdi. Fariz Moskvada yox, Bakıya qayıtdıqdan bir müddət sonra döyülüb”. 

Məlumata görə, “Piter Elçin”in qardaşının MTN-dən çıxmasında Orucağanın nüfuzlu qohumunun məsələyə müdaxilə etməsi böyük rol oynayıb. Belə ki, Orucağanın bu məsələdə günahkar olduğunu bilən qohumu bu işə son verilməsini tələb edib. Həmin nüfuzlu şəxsin işə əl qoyması ilə 40 min dollarlıq problem həll olsa da Rövşən Lənkəranski - “Piter Elçin” arasındakı münasibətləri korlayan bu hadisə sonradan çox can alıb. 

Amil Lənkəranskinin öldürülməsi ...

“Piter Elçin”in qardaşı Fariz İsamyılovun “Neon” restoranından çıxarkən 4 nəfər tərəfindən döyülməsini qeyd etmişdik. Həmin şəxslərdən biri olan Amil sonradan Moskvaya qayıdıb. 
Moskvaya qayıdan Amil “Piter Elçin”lə qarşılaşır. Bu görüş qanlı bitir. “Piter Elçin”lə Amil Lənkəranski arasında isə Moskvada olan türkiyəli iş adamının 1 milyon dollarlıq işi olub. Lənkəranskinin adamlarının türkiyəli iş adamının mübahisəli 1 milyonuna əl qoyması məsələsinə “Piter Elçin”də müdaxilə edib. Türkiyəli iş adamının 1 milyonunun geri qaytarılmasını tələb edən “Piter Elçin” bu məsələnin həll edilməsi üçün təşkil edilən məclisdə Amil Lənkəranski ilə bir masada yan-yana əyləşir. Amil “Piter Elçin”i tanımır. Tərəflər 1 milyon dollarlıq məsələnin həllində razılığa gələ bilmirlər. Söhbət zamanı “Piter Elçin” Amil Lənkəranskiyə onun atasını tanıdığını deyib və özünü təqdim edib. Həmçinin “Piter Elçin” qardaşını döyən Amildən bunun hesabını sormaq da istəyib. Bu zaman Amil Lənkəranskinin əlini silaha atması birincinin ölümü ilə nəticələnib. “Piter Elçin”in adamları Amil Lənkəranskini güllələyərək öldürüblər. Bu hadisə 2012-ci ildə baş verib. Fariz İsmayılovun Bakıda döyülməsindən cəmi bir neçə ay sonra...

Amil Lənkəranskinin anası oğlunun qətlində günahkar olaraq “Piter Elçin”i görür və bu barədə Azərbaycanda hüquq-mühafizə orqanlarına müraciət edir. Bu şikayətdən sonra “Piter Elçin” şübhəli şəxs kimi axtarışa verilib və bundan sonra Azərbaycana gəlməyib.

Bununla da “Piter Elçin” – Lənkəranski arasında münasibətlər tamamilə bitir və onlar düşmənə çevrilirlər. Onlar arasındakı düşmənçilik, savaş kriminal aləmdə, tərəflərin söz sahibi olduğu ərazilərdə davam edirdi. Ancaq “Piter Elçin”in qardaşının qətli böyük səs-küyə və yeni bir savaşın başlamasına səbəb oldu. Bu qətlə tərəflər arasındakı savaşın mətbuata çıxan ən səs-küylü detalı idi...

Ardı var

Musavat.com











Xəbərin oxunma sayı : 1768




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap