Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

“”Qoca” mənə qatardan qaçacağını deməmişdi” – Fədayə Laçın

Tarix 24.10.18, 20:40

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Daha sonra ötən məhkəmə proseslərində müdafiəçilərin qaldırdıqları vəsatətlər müzakirə olunub.

Məhkəmə vəsatətləri təmin etməyib.

Təqsirləndirilən F.Hacıyevin vəkili Elçin Əliyev növbəti dəfə vəsatət qaldırıb və deyib ki, məhkəmə istintaqı dövründə ifadə verən bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib: “Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildirdilər”.

Vəkil Məhkəmə Xəttşünaslıq Ekspertizasının keçirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Vəsatəti təmin edilməyən vəkil həmin şahidlərin məhkəmədə yenidən dindirilməsini istəyib. Məhkəmə həmin vəsatəti də təmin etməyib.

Müğənni F.Laçının vəkili Türkel Süleymanlı da vəsatət qaldırıb. O qeyd edib ki, “Qoca” qatarda qaçarkən istifadə etdiyi açar maddi sübut kimi istintaq orqanından tələb olunsun: “İstintaq dövründə həmin açar barədə ekapertiza rəy verməyib. Hətta istəyirəm ki, məhkəmə hadisə yerinə baxış keçirsin”.

F.Laçın vəsatətə münasibət bildirərkən söyləyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib: “O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi”.

Məhkəmənın növbəti prosesi oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.




Xəbərin oxunma sayı : 214

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda