Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“İqtidar partiyası ilə də müzakirələrə hazırıq” - Natiq Cəfərli

Tarix 22.11.19, 23:26

Font ölçüsü : - / +
bitmap-img6


REAL Partiyasının Məclis başqanı Azər Qasımlının istefasının ardından qurumdan qopmaların davam etdiyi barədə xəbərlər dolaşır. Partiyanın hazırda digər müxalif qurumlarla ciddi gərginliklər yaşadığını da sosial şəbəkələrdə görürük.

Gərginliyin kökündə isə ən çox REAL-ın bütün seçkilərdə iştirak edəcəyi barədə qərarı dayanır. Partiya gələn ayda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır və artıq namizəd olan üzvləri imzalar toplayıb, qeydiyyat üçün müraciət ediblər.

REAL-ın icraçı katibi Natiq Cəfərli partiyada işlərin qaydasında olduğunu söylədi: “REAL-da iş normal rejimdə gedir. Qurultaya ciddi hazırlıqlar görülür. İş tamamlanan kimi çox yaxın zamanlarda, hətta yaxın həftələrdə qurultayla bağlı qərar veriləcək. Qurultay keçiriləcək və dərhal Ədliyyə Nazirliyinə sənədlər göndəriləcək. Çünki bilirsiniz ki, qurultayın sənədləri Ədliyyə Nazirliyinə təqdim etmək üçün yetərli deyil. Qanunvericilikdə onlayn qurultay anlayışı yoxdur. Biz o vaxt dəfələrlə qurultay keçirmək üçün yer istədik, lakin yer verilmədi. Məcbur qalıb onlayn qurultay keçirdik. Lakin sənədləri nazirliyə təqdim edə bilmədik. İndi yeni təsis qurultayı olacaq. Nazirliyə sənədləri təqdim edib, cavab gözləyəcəyik. Qurultaya hazırlıqla yanaşı bələdiyyə seçkilərinə də hazırlıq gedir. Bu seçkilərdə əsas tezislərin nədən ibarət olması öz aramızda razılaşdırılıb. Bakı və digər böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi tələbləri ilə tədbirlərimiz olacaq. Bu istiqamətdə ictimai müzakirələr də təşkil edəcəyik. Biz bələdiyyə seçkilərində iştirak üçün gənc üzvlərimizə müraciət etdik. Bunun əsasında qeydiyyat üçün müraciətlər olunur. Bu proses bitdikdən sonra qeydiyyatdan keçən gənc üzvlərimizə dəstək üçün müəyyən tədbirlər planı hazırlayacağıq. REAL-dan ayrılanlar yoxdur, əksinə daha fərqli insanlar bizə qoşulmaq üçün müraciət etdiyini görürük. Hər gün demək olar ki, müraciətlər artır. Parlament seçkilərində iştirak üçün cəmiyyətdə kifayət qədər tanınan simalarla görüşlər keçiririk. İşçi qaydada daha effektiv şəkildə proseslər davam edir. Seçkilərə ciddi hazırlaşmaq üçün alt qatda işlər görülür”.

N.Cəfərli heç bir müxalif qurumla problem yaşamaq istəmədiklərini, amma onların buna şərait yaratdıqlarını da söylədi: “Əslində problemlər biz tərəfdən qaynaqlanmır. Biz seçki mövzusunda müzakirələr üçün qapımızı hər zaman açıq saxlayırıq. İqtidar partiyası ilə də müzakirələrə hazırıq. Amma birlik naminə birliklərdən, yaxud kimlərinsə ətrafındakı birliklərdən REAL yarandığı gündən uzaq durub. İndi də uzaq durmaq fikrindəyik. Belə birliklərin xeyir gətirəcəyinə inanmırıq”.

REAL funksioneri bələdiyyə seçkilərindən daha çox hədəflərinin parlament seçkiləri olduğunu da qeyd etdi: “Bələdiyyə seçkilərində gənclərin önə çıxmasına, təcrübə toplamalarına, müşahidəçilik institutunun formalaşmasına, bu prosesdə könüllərin iştirakına daha çox diqqət ayırırıq. Belə təcrübələrin qazanılması bizim üçün daha çox önəmlidir. Açığı bu seçkilərdə böyük uğur qazanıb, 50-100 yer əldə edəcəyimizi düşünmürəm. Çünki namizədlərimizin sayı da heç o qədər çox olmayacaq. Tərəfdarlarımıza səsləndik ki, əsas hədəfimiz 2020-ci ildəki parlament seçkiləridir, ona ciddi hazırlaşaq, amma kimlər istəsə, bələdiyyə seçkilərində iştirak edə bilər. Bu seçkilər məhəllə problemlərinin qabardılması baxımından daha önəmlidir. Çünki burada şəxs yaşadığı yerdən məhəllədən namizədliyini verə bilər. Amma parlament seçkilərində belə deyil. Özünü hazır hiss edən üzvlərimiz bələdiyyə seçkilərinə qatıldılar”.

Müsahibimiz A.Qasımlının gedişinin partiyaya təsir etmədiyini qeyd etdi: “Azər bəy gedəndən sonra görüşməmişik. Dostlar, telefon vasitəsilə əlaqələrimiz olub. Şəxsi münasibətlərimiz buna heç bir dəxli yoxdur. Çünki Azər bəyin verdiyi qərar şəxsi idi. Öz daxilindən hiss etdiyindən qaynaqlanan qərar verdi. Ona heç kim REAL-dan “get” deməyib. Müsahibələrimdə demişəm, bir daha deyirəm ki, hirsi yatandan, vəziyyəti daha obyektiv qiymətləndirəndən sonra geri dönmək istəsə, onun üçün də qapılarımız hər zaman açıqdır. Onun gedişindən sonra REAL-da belə ajiotaj yaradılmağa çalışıldı ki, ayrılmalar var. Amma qopmalar olmadı. Cəmi yeddi nəfər getdi. Onlardan ikisi də Azər bəy və onun həyat yoldaşı idi. Gedənlərdən sonra çoxsaylı müraciətlər partiyaya daxil olub”.

“Yeni Müsavat”



Xəbərin oxunma sayı : 643




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap