Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Çörəklə bağlı vacib açıqlama - Rəsmi

Tarix 22.01.19, 14:04

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan bəzi çörəklərin xəmirinin tərkibinə qlüten adlı maddənin əlavə edilməsinə münasibət bildirib.

AQTA-dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qlüten dənli bitkilərdə, xüsusilə də buğdanın tərkibində olan elastik protein qrupundan olan zülaldır.

Qida məhsullarının tərkibində istifadə etmək üçün heyvan mənşəli jelatinin ən əhəmiyyətli alternativi hesab edilir. Dad, qoxu və ləzzət baxımından xoşagələn, iqtisadi baxımdan isə qənaətlidir.

Buğda, çovdar, arpa, yulaf kimi dənli bitkilərin çoxunun tərkibində olan qlüten daha çox çörək hazırlayarkən istifadə olunur.

Agentlikdən bildirilib ki, qlüten bitki mənşəli olduğundan insan orqanizminə faydalıdır. Əksər insanlarda qlüten mədə-bağırsaq tərəfindən asanlıqla mənimsənilir.

Lakin bəzi insanlarda qlütenə qarşı həssaslıq müşahidə edilir. Belə insanlara çölyak xəstəliyi diaqnozu qoyulur və absorbsiya pozuntuları ilə müşayət olunur:

“Yəni qidalanarkən qəbul olunan qida elementləri bağırsaqlar tərəfindən mənimsənilmir. Nəticədə orqanizmin immun sistemi zəifləyir, bir sıra xəstəliklərin yaranmasına və xroniki hala keçməsinə səbəb olur.

Bundan başqa qlütenə qarşı həssaslıq göstərən orqanizmlərdə şişkinlik, qəbizlik, inkişafdan qalma, bir sıra dəri xəstəlikləri, yorğunluq müşahidə olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi marketlərində 9 manat 80 qəpiyə və 8 manat 90 qəpiyə üzərinə "qlütensiz çörəklər" satılır. Adi çörəkdən fərqlənməyən bu çörəklərin məhz qlütenə görə baha satıldığı deyilir.



Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap