|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Reytinqin keyfiyyətli ölçülməsi olmadan keyfiyyətli televiziyanı təsəvvür etmək mümkün deyil” - MTRŞ sədri
Tarix 15.10.21, 16:03 |
|
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun “Report”a müsahibəsi.
- Uzun illər boyu mətbuatda və ekspert səviyyəsində Azərbaycanda televiziya reytinqlərinin ölçülməsinin keyfiyyətsizliyi problem kimi qaldırılırdı. Bir neçə gün öncə MTRŞ bu istiqamətdə işlərə başlanıldığını bəyan etdi. Yaxın gələcəkdə televiziya sahəsində nələrin gözləndiyi barədə ətraflı danışa bilərsinizmi?
- Həqiqətən də, Azərbaycanın televiziya sahəsində elə bir hadisə baş verdi ki, onun vacibliyini qiymətləndirmək çox çətindir. Söhbət televiziya reytinqlərinin ölçülməsi üzrə müasir sistemin işə salınmasından gedir. MTRŞ televiziya reytinqlərinin keyfiyyətsiz ölçülməsi problemini dəfələrlə qaldırıb. Açıq danışsaq, reytinqin keyfiyyətli ölçülməsi olmadan keyfiyyətli televiziyanı təsəvvür etmək mümkün deyil. Bu, aksiomadır. İnkişaf etmiş televiziyaya malik ölkələrin siyahısına baxmaq kifayətdir ki, həmin ölkələrdə reytinq ölçülməsinin necə aparıldığını görək. Bu olmadan ayrıca maraqlı kanal və ya veriliş ərsəyə gətirə bilərsiniz, amma bunsuz televiziya sənayesini qurmaq mümkün deyil. Doğrudur, necə keyfiyyətli olmasından asılı olmayaraq, təkcə ölçü aparmaqla telekanalların səviyyəsini bir saatın içində qaldırmaq mümkün deyil, lakin başa düşməliyik ki, auditoriyanın davranışının dəqiq təhlili müasir televiziyanın mövcudluğunun fundamental təməlidir. Əgər biz cəmiyyətin tələblərinə cavab verən tam müasir televiziya yaratmaq istəyiriksə - cənab Prezident tərəfindən də qarşımıza məhz belə bir vəzifə qoyulub - buna gedən yol ilkin vəziyyətin düzgün diaqnoz edilməsindən keçir.
- Reytinq ölçülməsi niyə bu qədər gərəklidir? Məsələn, sovet dövründə televiziya kifayət qədər inkişaf etmişdi, gözəl verilişlər çəkilirdi və heç bir reytinqə də ehtiyac yox idi.
- SSRİ-də reytinq ona görə lazım deyildi ki, nə telekanallar arasında rəqabət, nə də televiziya ilə digər KİV arasında rəqabət var idi. Dövlət televiziyaya böyük vəsait ayırırdı, bunun hesabına da əsasən keyfiyyətli kontent çəkilirdi, lakin bu zaman kontent yaradanı demək olar ki, tamaşaçı auditoriyasının miqyası maraqlandırmırdı, çünki onsuz da auditoriyanın TV-dən başqa alternativi yox idi. Düzdür, 1980-ci illərin sonlarında sovet televiziyası işçilərinin reytinqləri ölçmək cəhdləri olmuşdu. Daha çox redaksiyaya daxil olan məktub sayı və hətta əhalinin elektrik enerjisi sərfiyyatının təhlili hesabına həyata keçirilən bu reytinq ölçülməsi cəhdləri həvəskar xarakter daşıyırdı. Qərbdə isə televiziya tam fərqli yolla irəliləyirdi. Telekanallar bir-birilə rəqabət aparır, tamaşaçı marağı uğrunda mübarizə aparır və müvafiq olaraq da reytinq ölçülməsi sahəsi peşəkar səviyyəyə yüksəlirdi. İndi bu rəqabət daha da kəskinləşib, belə ki, artıq telekanallar təkcə öz rəqibləri ilə maraq uğrunda mübarizə aparmır, həm də öz tamaşaçısının marağına çox yaxşı bələd olan “Youtube” kimi videoplatformalarla rəqabət aparmalı olur. Sadə bir sual: bir halda ki telakanallar tamaşaçılarını saya bilmirlər, onlar tamaşaçı marağı uğrunda necə rəqabət aparsınlar? Digər telekanallarla deyil, videoplatformalarla auditoriya uğrunda necə mübarizə aparsınlar? Aydındır ki, öz tamaşaçısını tanımadan savadlı proqram siyasəti qurmaq mümkün deyil.
- Lakin telekanalların reytinq xatirinə “plankanı aşağı salmaları” ilə bağlı da narahatlıq var.
- Bu gün Azərbaycanda “televiziya plankası”nın gəlirini orta səviyyədən az olan 150 ailə müəyyənləşdirir. Bu niyə baş verdi? - Ölkədə televiziya reytinqlərinin ölçülməsi 2005-ci ildən etibarən aparılır və hətta ilk vaxtlarda bu sistemin keyfiyyəti bir o qədər də yüksək deyildi. 2016-cı ildən başlayaraq, sırf texniki səbəblərdən yerli reytinq ölçülməsi beynəlxalq standartlara cavab verməməyə başladı. Bununla belə, bütün kommersiya telekanalları məhz həmin 150 ailənin tələbinə cavab vermək məcburiyyətindədir. Xoşbəxtlikdən, gələn ilin noyabrından etibarən bütün Azərbaycan telekanalları daha çox ailənin nəyə üstünlük verməsi barədə xəbərdar olacaq və bu ailələrdə müxtəlif gəlir və təhsilsəviyyəsinə malik, müxtəlif yerlərdə yaşayan əhalinin bütün təbəqələri təmsil olunacaqlar.
- Bu ölçmələri kim və necə həyata keçirəcək? Bu işdə neçə ailə iştirak edəcək?
- Ölçmə bu sənayenin dünya üzrə lideri – Böyük Britaniyanın “Kantar Media” şirkətinin texnologiyası üzrə aparılacaq. Yerli əməliyyat fəaliyyətini “Kantar Media”nın nəzarəti altında MARSA (Media Audience Research System of Azerbaijan) şirkəti həyata keçirəcək. Yerli ölçmə operatorunun idarəçiliyini də Böyük Britaniyanın “Pure X Media” şirkətini təmsil edən teleölçmələr sənayesi üzrə ekspertlər həyata keçirəcəklər. Bu ekspertlərin həm müxtəlif Avropa ölkələrində, həm də “Kantar” və“Ipsos” kimi şirkətlərdə iş təcrübəsi var. Ailə sayına gəlincə, hazırda 500 ilə başlamaq planlaşdırılır, lakin bu sayı 1000-ə çatdırmağa ümid edirik. Bu, çox böyük bir göstəricidir. Sayı 1000-ə çatdıra bilsək, Azərbaycan əhalinin ölçmə aparılan ailə sayına olan nisbətinə görə ən yüksək göstəricilərdən birinə malik olacaq və bu baxımdan, Rusiya, Türkiyə, Almaniya və ya Böyük Britaniya kimi ölkələri arxada qoyacaq.
- Bununla belə, yenə də elə şəxslər tapılacaq ki, hansısa 1000 ailənin 10 milyonun nəyə baxdığını müəyyən edə bilməyəcəyini desin.
- Əlbəttə ki, belə insanlar da, belə fikirlər də olacaq. Amma bilirsiniz, hələ də dünyada çox sayda insan var ki, səmimi qəlbdən Yer kürəsinin müstəvi şəklində olduğunu düşünür. Bu, həmin insanlardır ki, hətta hər bir ailədə ölçü cihazı (peoplemeter) quraşdırılsa belə, reytinqlərin reallığı əks etdirmədiyini və bütün dünyanın əlbir olmasının nəticəsi olduğunu deyəcəklər. Lakin reallıq budur ki, Yer kürə şəklindədir, Azərbaycan isə 2022-ci ilin payızından etibarən çox dəqiq, maksimum şəffaf və qabaqcıl beynəlxalq standartlara cavab verən dataya malik olacaq. Bundan əlavə, bizdə bəlkə də dünyada ilk dəfə olaraq, ultramüasir “Kantar” “peoplemeter”lər quraşdırılacaq. Digər, hətta ən inkişaf etmiş ölkələrdə belə, hələ də əvvəlki nəsil cihazlardan istifadə edilir və onlarda yenilənmə işləri hələ gələcəkdə görüləcək.
- Telekanalların populyarlığını ənənəvi sorğular vasitəsilə həyata keçirmək olmazmı? Bəzən mətbuatda bu və ya digər sorğuların nəticələri paylaşılır, tez-tez onlayn səsvermələr keçirilir.
- Təxminən 50 il əvvəl, “peoplemeter” inkişaf etməmişdəm öncə gündəlik sorğular aparılırdı. Bu üsulun çatışmazlıqları göz qabağındadır və məhz bu çatışmazlıqlar aparat ölçmələrinin yaradılmasına səbəb olmuşdu. İnsanlar heç də hər zaman sualları səmimi cavablandırmırlar, bundan əlavə, təbii ki, normal insan gün ərzində nə vaxt hansı telekanala baxdığını, nə vaxt başqa kanala çevirdiyini və s. yadda saxlamayacaq. Müsahibdən fərqli olaraq, aparatı aldatmaq mümkün deyil – o, sadəcə mexaniki olaraq tamaşaçının nəyi seyr etdiyinin və digər nüansların qeydiyyatını aparır. Bu gün bu sahədə ənənəvi və ya onlayn sorğuların aparılmasının heç bir əhəmiyyəti yoxdur.
- 2022-ci ilin payızında ölçmələrə başlandıqdan sonra Azərbaycan televiziyasının necə dəyişəcəyini proqnozlaşdıra bilərsinizmi?
- Bu gün heç kim telekanalların necə dəyişəcəyini dəqiqliklə proqnozlaşdıra bilməz. Amma indi heç kim ümumiyyətlə, deyə bilməz ki, yeni ölçmələr hansı nəticələri ortaya çıxaracaq və onların hazırkı nəticələrdən fərqi nə olacaq. Amma hansı rəqəmlərin əldə olunmasından asılı olmayaraq, əsas odur, bu, reallığı əks etdirəcək və mütəxəssislər arasında inamsızlıq yaratmayacaq, həmçinin reytinqlərlə hesablaşmamaq mümkün olmayacaq. Məlumatları toplamaq və təhlil etmək, tam mənzərəni əldə etmək üçün telekanallara bir neçə ay vaxt lazım olacaq. Bundan başqa, yeni ölçmələrin təsadüf edəcəyi televiziya mövsümünün (2022-2023-cü illər mövsümü) başlaması ilə telekanallar hər hansı radikal dəyişikliklər edə bilməyəcəklər. Lakin artıq 2023-cü ilin yayında telekanallar 2023-2024-cü illər mövsümünə yaxşı hazırlamaq üçün tamaşaçı zövqü ilə bağlı kifayət qədər məlumata malik olacaq. Hələki cavabı olmayan daha bir sual ondan ibarətdir ki, reklam bazarı tam ölçmənin nəticələrinə necə reaksiya verəcək? Digər ölkələrin təcrübəsi göstərir ki, dəqiq data reklam bazarında artıma səbəb olur, çox güman ki, bizim ölkəmizdə də elə olacaq. İnanmaq istərdik ki, bu artım 100% reklamdan asılı olan və maliyyə baxımından mürəkkəb hazırkı dövrdə çətinlik çəkən telekanallarda keyfiyyətli ölçməni təmin etmək üçün kifayət edəcək. Dəqiq ölçmə reklam bazarından az və ya ümumiyyətlə, asılı olmayan telekanallara fəaliyyətini optimallaşdırmağa, effektivliyini artırmağa imkan verəcək.
Göründüyü kimi, bu, uzun bir prosesdir və hətta istəsən belə, onu sürətləndirmək mümkün deyil. Ölçmə cihazının quraşdırılmasına 1 il vaxt lazımdır. İlkin məlumatların təhlili üçün daha 1 il 6-8 ay tələb olunacaq. Yeni televiziya mövsümünə hazırlaşmaq üçün standart 3 ay lazımdır. Nəticədə,bu gün haqqında danışdıqlarımızın effektini 2023-cü ilin payızında hiss etmək mümkün olacaq. Bununla belə, nəhayət ki biz bu işə başladıq. Fürsətdən istifadə edərək uzun illər boyu bu məsələni qaldıran, bütün mümkün platformalarda aktuallaşdıran mətbuat sahəsindəki bütün həmkarlarıma təşəkkür bildirmək, bu məsələnin həllində hərtərəfli dəstək göstərmiş ölkə rəhbərliyinə onların adından minnətdarlıq ifadə etmək istəyirəm.
Xəbərin oxunma sayı : 679
Hadisə
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV