Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ərinlə birlikdəyəm“ - Kişi xəyanət etdiyi arvadını başından vurdu -VİDEO

Tarix 28.09.18, 16:36

Font ölçüsü : - / +
bitmap-img6


İstanbulda yaşayan Birsen Ş. aldadıldığını, ərinin ona xəyanət etdiyi qadından gələn telefon zəngi ilə öyrənib.

Xəyanət etirafı cinayətlə bitib. Bir şirkətdə çalışan iki uşaq anası Birsen Ş.-ya (37) gələn telefon zəngi zamanı S. adlı qadın "Ərin Ayhanla biryerdəyəm, sevirəm onu. Hər şeyi bilməyin lazımdır" deyib. Birsen Ş. eşitdiklərinə inanmaq istəməyərək telefonu söndürüb.

Ertəsi gün həmin qadın yenidən zəng edib və görüşmək istədiyini deyib. İki qadın Bayrampaşada görüşüb. S. bu dəfə "Ayhanla 5 ay bərabər idim. Birbirimizi sevirdik, amma ayrıldıq. Bir qadın olaraq vicdanım sızladı. Səni bu gün mənimlə aldatdı, sabah hər kəslə aldada bilər. Bu olanları bilməyin lazımdır" deyib.

Eşitdikləri qarşısında dünyası başına yıxılan və ərinin xəyanət görüntülərini də izləyən Birsen Ş. olanları ərindən soruşuncə mübahisə düşüb. "Bunu qaldıra bilmərəm" deyən qadın məhkəməyə müraciət edərək əri Ayhan Ş.-ya (40) boşanma davası açıb. Sonra da ər evini tərk edib, bacısının yanına köçüb.

Ayhan Ş. arvadına "Məni tərk etsən, səni yaşatmaram" təhdidləri etməyə başlayıb. O, həftənin 1-ci günü arvadı işdən çıxıb bacısının evinə gedərkən onu başından vurub. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan Ayhan Ş. eyni silahla özünü başından vurub.

Qeyd edək ki, cütlüyün iki uşağı var idi. (milli.az)







Xəbərin oxunma sayı : 958




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap