“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Rusiya dağılacaq, proses Şimalı Qafqazdan başlayacaq” - Saakaşvili

Tarix 29.05.23, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili müxalif “Formula” telekanalının “Droeba” proqramına yazılı müsahibəsində Rusiyanın dağılacağı proqnozunu verib.

Reyting.az diqqətə çatdırır ki, Saakaşvilinin fikrincə, Rusiyanın parçalanması Şimalı Qafqazdan başlayacaq.

“Ukrayna, şübhəsiz ki, cəbhədə dönüşə nail olacaq. Qərb Putin rejiminə son qoymaq qərarına gəlib, Rusiya sadə amillərə parçalanmağa başlayacaq – dağılma prosesi Şimali Qafqazdan başlayacaq. İndi Rusiyanın qara pulları və ya siyasi məqsədləri ilə gözlərini yummuş, Putin Rusiyasına mərc edən hər kəs çox ciddi yanılır və sonda tam məğlubiyyətə düçar olacaqlar”, - Saakaşvili əlavə edib.

Sabiq prezident qeyd edib ki, Rusiyanın dağılması Gürcüstana Abxaziyanı qaytarmaq şansı verəcək. Digər tərəfdən, Şimali Qafqazda baş verən proseslər “lekianoba” təhlükəsinə gətirib çıxara bilər - keçmiş əsrlərdə dağlıların basqınları deyilən hadisə.

Saakaşvili daha sonra bildirib: “Xilas Avropa Birliyi və Ukraynadadır”.

Keçmiş prezidentin fikrincə, gələcəkdə Gürcüstan “Soçi bölgəsində hardasa” Ukrayna ilə ümumi sərhədə hazırlaşmalıdır.



Xəbərin oxunma sayı : 703




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap