Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“İsa Qəmbər Elçibəydən sonra yeganə müxalifət lideridir…” – Sərdar Cəlaloğlu

Tarix 16.01.18, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Azərbaycanın müxalifət düşərgəsindən dövlətin birinci şəxsi vəzifəsinə iddialılar arasında az və ya çox dərəcədə həm təcrübəsi, həm özünün şəxsi kriteriyaları baxımından ən uyğun namizəd İsa Qəmbərdir”.

Bu sözləri Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər haqqında danışarkən deyib:

“Əbülfəz Elçibəy indi olmadığına görə mən hesab edirəm ki, İsa Qəmbər müxalifətin bu missiyasını yerinə yetirməyə hələlik tək və yeganə lider sayıla bilər”.

S.Cəlaloğlu deyib ki, İsa Qəmbər istefa verib gedəndən sonra Müsavat Partiyası parçalanmağa başladı.

“Bəzən biz şəxsiyyətin rolunu azaldırıq. Amma istəsək də, istəməsək də bir şeyi bilməliyik ki, xüsusən siyasi partiyanın formalaşmasında şəxsiyyət amili çox böyük rol oynayır. Çünki burada lider həm də imicmeyker rolunda çıxış edir. Bu baxımdan İsa Qəmbərin Müsavatdan getməsi Müsavatın siyasi partiya kimi taleyini həll etdi”.

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən həftəsonu evində infarkt keçirib. Bundan sonra təcili yardımla Mərkəzi Klinikaya aparılıb. Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti yaxşılaşıb. Huşu yerindədir, təzyiqi normaldır. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır.





Xəbərin oxunma sayı : 229




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap