Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İşsizlərə ŞAD XƏBƏR - 10 min insan üçün şans yaranacaq

Tarix 20.11.19, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb.

Onlardan 7072-si artıq təlim kursunu uğurla başa vurub.

Təlimlərin yekununda biznes-planlarını müdafiə edən 5512 nəfər işsiz və işaxtarana isə biznes planlarına uyğun mal və materiallar verilib.

Həmin şəxslər verilmiş aktivlər hesabına artıq öz kiçik ailə təsərrüfatlarını yaradıblar.

Cari ildə də proqrama cəlb olunanların əksəriyyətini əlilliyi olan şəxslər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardımı alan və ya çoxuşaqlı ailələrin üzvləri, gənclər, müharibə veteranları təşkil edir.

Bu ilin sonuna özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10 minə çatacağı gözlənilir.



Xəbərin oxunma sayı : 460




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap