Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“İslam Oyunları mötəbər bayram tədbiri oldu” – Deputat

Tarix 20.05.17, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Azərbaycan xalqı, idmançılarımız, idmansevərlərimiz üçün çox mötəbər bayram tədbiri oldu.

Trend-in məlumatına görə, bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu gün “Zəfər günləri” tədbirində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançıların mükafatlandırılması mərasimində deyib.

A.Əliyev bildirib ki, oyunlar xalqımıza çox böyük sevinclər yaşatdı:

“Oyunlar xalqımızın, eləcə də, islam tarixində böyük əks-səda saldı. Bu oyunlar atletlərimiz üçün çox uğurlu oldu. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Zaman-zaman idmançılarımız dünya idman arenalarında çoxsaylı uğurlar, yüksək nailiyyətlər qazanıblar. Azərbaycanda uzun müddət idmançılara göstərilən diqqət və qayğının bəhrəsini, nəticələrini bu gün artıq görürük. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əlverişli bir fürsət oldu. Azərbaycanda idmana olan diqqət və qayğı ilə yanaşı, dövlətimiz sülhpərvər olduğunu bir daha bütün dünya ictimaiyyətinin nəzərinə çatdırdı. İnanıram ki, bundan sonra da ölkəmizdə böyük idman tədbirləri keçiriləcək”.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.



Xəbərin oxunma sayı : 103




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap