Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ƏƏSMN 9 işəgötürən barədə hüquq-mühafizə orqanlarına müraciət etdi – Səbəb

Tarix 02.06.20, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.

AzFakt.com ƏƏSMN-ı istinadla bildirir ki, Xidmət tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir.

Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb.

Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda, karantin dövründə əmək müqavilələrinə xitam vermiş 50-yə yaxın işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədi ilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək. Xidmət işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə, karantin rejimi qaydalarına, tövsiyələrə əməl etməyi tövsiyə edir.




Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap