Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“İsrailli həkimlər beş gündə 132 qazimizi muayinə ediblər“ - “YAŞAT“ Fondunun rəhbəri

Tarix 04.03.21, 14:37

Font ölçüsü : - / +
bitmap-img6


""YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə həkim nümayəndə heyəti gəlib". 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib. O bildirib ki, hazırda 5 gündür Azərbaycanda olan israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir: "Bu müddət ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-nə kosmetik protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq. Qazilərimiz onlara göstərilən xidmətdən razıdırlar və əməliyyatlar uğurla həyata keçirilir".

Onun sözlərinə görə, 8 nəfərlik həkim bir həftəlik Azərbaycana gəliblər: "Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirirlər".

E. Hüseynov ötən dövr ərzində Türkiyədən də bir qrup həkim Azərbaycana gəlib: "Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub və onların nəticələri dəyərləndirilir. Ümumilikdə, 24 qazimiz müayinə və müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb. Onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Artıq bir neçə qazimizin əməliyyatı uğurla həyata keçirilib. Yaxın günlərdə onlar müalicələrini başa vurub ölkəmizə geri qayıdacaqlar".

Fondun rəhbəri bildirib ki, hələlik başqa ölkələrdən həkim dəvəti nəzərdə tutulmayıb.



Xəbərin oxunma sayı : 868




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap