Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“İstefaya getsəm “Brexit” ləngiyə, hətta pozula bilər” – Tereza Mey

Tarix 12.12.18, 15:46

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın Baş naziri Tereza Mey ona qarşı etimadsızlıq göstərilməsinə nail olmaq üçün müvafiq proseduru başlayan Mühafizakar Partiyasından olan həmkarlarına cavab verib.

“Report” TASS-a istinadən xəbər verir ki, T.Mey istefaya gedəcəyi təqdirdə “Brexit” məsələsinin yubanmasına, hətta tamamilə pozulmasına gətirib çıxaracağını, etimadsızlıq barədə səsvermədə iştirak etmək üçün İrlandiya səfərini təxirə saldığını açıqlayıb.

Digər tərəfdən, bu axşama nəzərdə tutulan səsvermə ərəfəsində Nazirlər Kabinetinin ən nüfuzlu üzvləri baş nazirə dəstək veriblər. Belə ki, Tereza Meyin hökumət başçısı vəzifəsində qalmasına tərəfdar olanlar arasında xarici işlər naziri Ceremi Hant, maliyyə naziri Filip Hammond, daxili işlər naziri Səcid Cavid, əmək və təqaüdlər naziri Ember Radd, ətraf mühit mühafizəsi, ərzaq və kənd təsərrüfatı naziri Maykl Gouv, beynəlxalq inkişaf naziri Penni Mordont var.

Xatırladaq ki, “Brexit” məsələsinə dair danışıqlardan narazı qalan Mühafizəkar Partiyasının nümayəndəri bu gün partiya lideri olan Baş nazir Tereza Meyə qarşı etimadsıqlıq göstərilməsi üçün prosedura başlayıblar.



Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap