Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

““Təfəkkür” Universiteti hazırda fəaliyyət göstərir” – Açıqlama

Tarix 15.08.17, 3:19

Font ölçüsü : - / +
bitmap-img6


“Təfəkkür Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı Təsisçilər Şurasının heç bir qərarı olmayıb və universitet hal-hazırda qanunverciliyə uyğun olaraq fəaliyyətini davam etdirir”.

Bu barədə universitetin mətbuat xidmətindən BakuPost.az-a daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, universitetdə təhsil haqlarının ödənilmə qaydalarına əsasən, tələbələr təhsil haqqını oxuduğu il ərzində hissə-hissə ödəyə bilərlər.

“Tələbələrin başqa universitetə köçürülmə məsələsinə gəlincə isə, bu günə qədər cəmi 4 nəfər tələbə köçürülmə ilə bağlı universitetə müraciət edib. Universitetin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçilərin Təhsil Nazirliyinə müraciətinə gəldikdə isə bildiririk ki, keçmiş təsisçilərdən biri digər təsisçidən xəbərsiz maliyyə vəziyyəti ilə bağlı universitetin fəaliyyətinin gələcəkdə dayandırılması barədə nazirliyə müraciət edib.

Universitetin təsisçilərində və rəhbərliyində edilmiş dəyişikliklərlə əlaqədar universitet yenidən dövlət qeydiyyatına alınıb və yeni təsisçilər aidiyyəti orqanlara, o cümlədən Təhsil Nazirliyinə müraciət edərək universitetin fəaliyyəti ilə bağlı təsisçinin Təhsil Nazirliyinə ünvanladığı məktubun heç bir hüquqi əsası olmadığından onun etibarsız hesab edilməsini xahiş ediblər”, – deyə məlumatda vurğulanıb.



Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap