Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ötən il PKK-nın dinc durduğu yeganə ay – iyul

Tarix 07.01.17, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


Əlimizin altında ötən il Türkiyədə törədilmiş terroraktlarının siyahısı var. Günü, ayı, terror törədilən məkan, teraktın müəllifi, ölənlərin, yaralananların sayı  – hamısı var. Söhbət düz 27 terror aktından gedir

Bu siyahıya dekabrın 20-də Rusiya səfirinə qarşı təşkil edilmiş sui-qəsd və bu il yanvarın 1-də törədilən “Reina” qətliamı daxil deyil. 

Teraktların yalnız üçünü İŞİD törədib və boynuna götürüb, qalanı PKK-nın əl işidir. Terror təşkilatı bəzi hallarda (xüsusilə də mülki qurbanlarçox olanda) cinayəti boynuna götürməsə də, bütün hallarda oxlar onu göstərib, izlər onun üstünə aparıb.

27 teraktdan yalnız 3-də ölən olmayıb (sadəcə, yaralananlar olub), qalan hamısında insanlar həlak olub – azı 2, çoxu 52.

2016-cı ilin ilk terror aktı ilin ilk ayında - yanvarda törədilib. Teraktlar fevral, mart, aprel, may və iyunda da davam edib. İyulda (temmuz) fasilə olub.

Ancaq avqustda iyul fasiləsinin əvəzi çıxılıb, bu aya düz 8 terror aktı sığdırılıb. Sentyabr, oktyabr, noyabr və dekabrda da “terror akt törətmək planı” yerinə yetirilib.
Diqqət etdinizsə, yalnız iyul ayı terror aktı törədilməyib. 

Bəs 15 iyul hadisələri? Bəli, Türkiyədə ilin ə böyük terror aktı məhz 5 iyulda törədilən hərbi çevriliş cəhdiydi. 

15 iyul terrorunda ölənlərin sayı 300 civarında oldu, yaralıların isə hesabı itdi. Ölkə son yüz ildə analoqu olmayan miqyasda böyük bir təlatüm yaşadı, travma aldı. 

Maraqlıdır ki, həmin ay PKK terror aktı törətməyib, marığa yatıb gözləyib. Ancaq hərbi çevriliş uğursuzluğa düçar olduqdan az sonra PKK 8 terror aktını ard-arda, az qala günaşırı törədib.
Sanki 15 iyul çevrilişinin uğursuz olduğunu görən bir “baş idarə” bu dəfə PKK-ya əmr verib: “Generallar bacarmadılar, indi də siz başlayın”.

Fikir verirsinizsə, Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan son vaxtlar getdikcə daha açıq mətnlə PKK-nın havadar və himayədarlarına işarə edir, onları Türkiyəyə qarşı düşmənçilik siyasəti aparmaqda ittiham edir. 

Yuxarıda sözü gedən terror aktlarının çoxu bomba yüklənmiş avtomobillərlə törədilib. Hər dəfə partlayan avtomobillərdə azı yarım ton, çoxu isə bir tondan çox partladıcı maddə olub.
Bundan başqa, Türkiyənin rəsmi şəxslərinin mediaya verdiyi məlumata görə, partlamadan ələ keçirilən və təhlükəsiz bir yerdəpartladılaraqzərərsizləşdirilən avtomobillərin sayı 250-yə yaxındır.

Zatən, hər axşam ölkənin telekanallarında terror aktı üçün nəzərdə tutulmuş, amma vaxtında ifşa edilmiş bomba yüklü avtomobillərin zərərsizləşdirilməsinə dair süjetlər göstərilir. 
Bu, nə deməkdir? Bu, o deməkdir ki, ya PKK-nın Kandil dağlarında yeraltı silah-sursat zavodları var və terrorçular orada gecə-gündüz partladıcı maddələr istehsal edirlər, ya da hansısa silah qaçaqçıları PKK-ya qatarlarla, gəmilərlə fasiləsiz olaraq partladıcı maddə daşıyırlar. 
Hansı daha ağlabatandır? Əlbəttə, ikinci. Çünki birinci variant ciddi deyil, PKK-nın Kandil dağlarında elə bir imkanı yoxdur. Demək, ona bu silah-sursatı, partladıcı maddələri kənardan gətirirlər (verirlər, göndərirlər). 

Bu, hələ bilinən, ortada olan, işlədilmiş, aşkar olunmuş silah-sursatdır. Üç bu qədəri də yeraltı depolarda, dağlardakı mağaralarda, şəhərlərdəki zirzəmilərdədir və zamanı gəldikcə çıxarılır. 
PKK orta böyüklükdə bir dövlət olsaydı, nə pul-parası, nə silah-sursatı ilə hərbi baxımdan dünyanın ən qüdrətli 10-15 ölkəsindən biri olan Türkiyənin qarşısında bu qədər duruş gətirə bilməzdi.

 Ancaq PKK-nın pulu, silahı tükənmir. Heç döyüşçüləri də bu qədər qırılır, amma azalmır. Deyək k, təşkilat öz döyüşçü qruplaşmalarını ölkənin cənub-şərqindəki kürd əşirətlərinin insan resursu hesabına təmin edə bilir, bəs pulu haradan qazanı?
Əlbəttə ki, iş adamlarındanxərac yığmaqla da müharibə aparmağa yetəcək qədər pul toplamaq olmaz. Demək, PKK maliyyə və silah-sursatını birmənalı olaraq xaricdən, böyük dövlətlərdən alır. 

Artıq Türkiyə rəhbərləri o dövlətlərin üstünə barmaq tuşlayır, adlarını çəkirlər. Hər halda 14 ildir qos-qoca bir dövləti idarə edən şəxslər onlara dəyən şillənin müəllifini bilirlər.
Bəs bu işlərin sonu necə olacaq? Sultanların vaxtında olduğu kimi. 500 , 300, 150 il əvvəl dövlətə qarşı qaldırılan üsyanlar necə sonuclanıbsa, böyük dövlətlərin himayəsiilə öz dövlətinə silah çevirənlərin axırı elə bitəcək.



Xəbərin oxunma sayı : 91




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap