“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“ Vətən müharibəsində Türkiyənin dəstəyi əsl qardaşlığın təzahürü idi“ - Ceyhun Bayramov

Tarix 08.11.25, 10:41

Font ölçüsü : - / +
bitmap-img6


"Müharibə günlərində Türkiyənin və onun lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyi əvəzolunmaz idi".

AzFakt.com xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, 2020-ci ildə hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində Türkiyənin o dövrdəki xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana beş dəfə səfər edib.

"Həmin günlərdə Ankaradan Türkiyənin xaricdəki bütün nümayəndəliklərinə bir mesaj gedib. Bütün Türkiyə səfirliklərinə bildirilib ki, Ankaradan gələn təlimatla Bakıdan gələ biləcək təlimatlar eyni qüvvəyə malikdir. Türkiyə diplomatlarına tapşırılıb ki, əgər Bakıdan hansısa təlimat gələrsə, bunu Ankara ilə yoxlamadan həyata keçirə bilərsiniz", - deyə C.Bayramov açıqlayıb.

Onun sözlərinə görə, Bakı heç vaxt diplomatik etiketi aşaraq birbaşa Türkiyənin xaricdəki səfirliklərinə müraciət etməyib, bütün təmaslar yalnız Türkiyə XİN xətti ilə həyata keçirilib.

"Bu dünya diplomatiyası tarixində bənzəri olmayan bir qərar idi və bu, sözdə yox, əməldə əsl qardaşlığın təzahürü idi", - XİN rəhbəri vurğulayıb.





Xəbərin oxunma sayı : 1153




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap