Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Əxlaqsızlıq və mənəviyyatsızlıq baş alıb gedir” - Xalq artistindən sərt açıqlamalar

Tarix 09.10.25, 20:03

Font ölçüsü : - / +
bitmap-img6


"Mili Məclisdə "Əxlaq qanunu" qəbul olunmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verərkən deyib.

Aktyor heç kəsdən qorxmadığını xatırladıb: "Əxlaqsızlıq və mənəviyyatsızlıq baş alıb gedir. Ölkədə boşanmalar kəskin artıb. Bunu deməyək, danışmayaq? Mənim sözüm kimin xətrinə dəyir? Kim millətin davasını edirsəə, hamı ona düşmən kəsilir. Mən deyirəm ki, nikahsız uşaq doğanların çoxu narkomanlardır. Hardasa oturub-dururlar, bir də ayılırlar ki, hamilədir. Onlardan doğulan uşaqların sağlamlığı təhlükə altındadır, bu uşaqların səhhəti də nəzarətə götürülməlidir. Bu hansı əxlaq, hansı mənəviyyatdır? Buna qarşı amansızcasına qadağalar qoyulmalıdır. Bunların heç birinin sosial təminatı yoxdur. Məni kim tənqid edirsə, çıxsın qarşıma. Gəlsin ona sübut edim ki, bu əxlaqsızlıqdır".

Şeyx Əbdül paytaxt küçələrində azyaşlıların dilənçilik etmə hallarına da münasibət bildirib: "Şəhərin yarısı cavan uşaqlardır, işləmirlər, amma nə yeyib, nə içirlər, məlum deyil. Yolboyu cavan qızlar maşınlara girib dilənir. Onları küçəyə salan səbəblər var, bunlar araşdırılmalıdır".

Aktyor hesab edir ki, gənclər sağlam düşüncə, əxlaq və milli dəyərlərlə formalaşıb və ailə qurmalıdır: "Kəbin nədir? Kəbinə aliment vermirlər, təminatı yoxdur, onu yığışdırmaq lazımdır. Kəbinlə qurulan ailə boşananda ona məhkəmə, yaxud cinayət işi açıla bilmirsə mollanın kazığı kimə lazımdır? Kosmos əsrindəyik, amma hələ kəbin bağlayırıq".

Xalq artistinin sözlərinə görə, Azərbaycanda nikahdankənar doğulanlara xalq arasında bic deyilir:

Xatırladaq ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müsahibələrinin birində nikahdankənar doğuş hallarına sərt reaksiya verib. Onun bu fikirləri sosial şəbəkələrdə tənqid edilib. 



Xəbərin oxunma sayı : 1492




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap