Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Özümü yoxlamaq istəyirdim” - Sevda Yəhyayeva - VİDEO

Tarix 03.11.17, 21:50

Font ölçüsü : - / +
bitmap-img6


“ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan müğənni Sevda Yahyayeva “Sən ola-ola” adlı klipini sevənlərinin ixtiyarına verib.

Müğənninin yeni mahnısı çoxdan hazır olsa da, klipin çəkilişlərinə başlamaq üçün hava müğənninin qəsdinə durub ona imkan vermirmiş:

“Havalar bir müddət yağışlı keçdi, aləm dəydi bir-birinə. Klip açıq məkanlarda çəkildi deyə, yalvarırdım ki, Ay Allah heç olmasa iki gün günəş çıxsın, hava yaxşı olsun, mən klipimi çəkim. Sonra qasırğa da olsa olar, leysan da olsa olar. Təsəvvür edin ki, indi mən nə vəziyyətdəyəm. Heç nəyə görə hirslənməmişdim. Bircə səhər yuxudan oyanmaq mənim üçün çox çətin idi. Həmin gün hava elə gözəl oldu ki, o yağışdan sonra bir günəş çıxdı ki, nəhayət, biz klipimizi çəkə bildik”.

Əvvəlcə klip olmadan yeni mahnısını sevənlərinə təqdim etmək istəyən Sevda, son anda fikrindən yayınıb:

“Klipə qədər ən az bir ay yarım rejissor çəkiliş məkanlarını axtarmaqla məşğul olub. Bu müddət ərzində mahnı hazır idi. Deyirdim ki, mahnını, bəlkə, klipsiz təqdim edim, sonra klipi çəkdirərəm. Ancaq elə oldu ki, mahnı kliplə bərabər təqdim olundu. Mahnının musiqisi Faiq Sücəddinova, sözləri Nuridə Atəşiyə, aranjiman isə Rəşad Bağırova aiddir. İstedadlı rejissorumuz Rza Əsgərov klipimi çəkdi. Klipdən razı qaldım. Çünki mən Rza Əsgərovu çox bəyənirəm. Çox zövqlüdür. Onunla işləmək maraqlı idi. İstədiyim yaxşı işi o mənə təqdim edə bildi”.

Yeni klipində tamam fərqli obrazda kamera önünə keçən müğənni, mahnının ruhunun məhz bu imici tələb etdiyini söylədi:

“Biz kliplərdə dəbdəbəli geyimlərdən istifadə etməyə, qlamur görünməyə öyrəşmişik. Ancaq klipdə obrazım tam fərqlidir. Mahnıya uyğun olaraq mən istədim ki, bu klipdə obrazım, tərzim tamam başqa cür olsun. Bu tərz italyan üslubudur. Leyla xanıma təşəkkür edirəm ki, klipdə mənim üçün bu stili seçdi. Mahnının ab-havası və ruhu bunu tələb edirdi”.

Sevda Yahyayeva hazırda serial təklifləri alsa da, özünü bir dəfə yoxlayıb və bundan sonra seriala çəkilmək istəmir:

“Serial təklifləri var. Ancaq çəkilmək istəmirəm. Özümü yoxlamaq istəyirdim, arzum idi. Bunu da etdim. İkinci dəfə seriala çəkilmək istəmərəm. Mən çox sevinirəm ki, həmin seriala çəkildim. Çünki, orda peşəkar aktyorlardan çox şey öyrəndim. Mədəniyyət və İncəsənət Universitetini də altı ay müddətində elə orda oxudum”.






Xəbərin oxunma sayı : 214




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap