Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Üzümə baxanda bilinmir hansı yuvanın quşuyam?“ - Elza Seyidcahan

Tarix 15.06.20, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.

Axşam.az xəbər verir ki, müğənni rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. O, maddi sıxıntılarından danışıb:  

"Evdə heç kim maaş almır. Sənətkarı xalq dolandırır. Toylara gedirəm, dəvətlərə qatılıram. Mənə tələbat var. Canımda can olduğu qədər məclislərə gedəcəm.

Hamının borcu var. Maşınımı kredit götürmüşəm, banka borcum var. Konsertə 70 min xərcim çıxdı, hələ də borcu ödəyib qaytarmamışam. Bir çoxları konsert verir, reklam edir, gedib görürsən ki, heç nə yoxdur. Bəziləri sənətlərinin yox, bədəninin üstünə düşüb. Bütün günü doğratdırıb, tökür, başı da boşdur".

Seyidcahan oğlu Ələkbərlə küsülü olması məsələsinə isə "Oğul mənimdir, ona qışqırara da, bağıra da bilərəm. Camaatın oğlu min oyundan çıxır, sırğa tapır. Sonra evlənir, uşağı da olur. Oğlum mənə deyir ki, toylara getmə, otur evdə. İstəmirəm övladımın mənfilərini açım. Ailəmi atıb, gedib başqa işlə məşğul olmamışam. Mənim yerimə kim olsaydı, uşağı atardı atasının üstünə, gedib kef edərdi. Mənə nə təkliflər gəlib: xaricdən təkliflər almışam. İndi çox varlı, ailəsi, hətta başqa uşaqları olan qadın ola bilərdim. Məni yatdığım yerdə ərə veriblər, sevməmişəm. Oğlumun ilk ailəsi uğursuz oldu, ona ikinci dəfə toy etdim. Uşaqlarımı qoyub tək kirayədə yaşamadım. Heykəli qoyulacaq anayam mən. Üzümə baxanda bilinmir hansı yuvanın quşuyam?" sözləri ilə cavab verib.

 




Xəbərin oxunma sayı : 1801




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap