Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Açıq fikir mübadiləsi əməkdaşlığın inkişafı yollarını müəyyən etməyə imkan verəcək”

Tarix 09.02.18, 21:37

Font ölçüsü : - / +
bitmap-img6


“2017-ci il Azərbaycan və Avropa İttifaqı ( Aİ) arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımdan məhsuldar və perspektivli olduğunu sübut edib”

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında çıxışında deyib.

Azərbaycan prezidentinin 2017-ci ilin fevral ayında Brüsselə səfərini xatırladan E. Məmmədyarov səfərin mühüm rol oynadığını qeyd edib: “Yeni ikitərəfli sənəd üzərində danışıqlar prosesinin başlanması və hər iki tərəfdən yüksək səviyyəli bəyanatlar qarşılıqlı maraqların olduğunu göstərdi. Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti regionda çətin vəziyyətin nəzərə alınması, Şərq Tərəfdaşlığının gətirə biləcəyi faydalar və potensial əlavə dəyərlərə əsaslanmalı olduğunu sübuta yetirdi. Üç illik fasilədən sonra Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin dialoq mexanizmlərini yenidən işə saldıq, müvafiq alt-komitə və Parlament əməkdaşlıq komitəsinin iclasları keçirildi. İki tərəf Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlığı prioritetləri (2018-2020) üzrə məsləhətləşmə prosesi ilə məşğul oldu və biz bu mühüm sənəd üzərində işin yekunlaşmasını dəstəkləyirik. Biz Avropa Qonşuluq Siyasətinə (ENP) fərqlilik, çeviklik və daha çox sahiblik prinsiplərini inteqrasiya etmək və 2015-2017-ci illər üçün yenidən işlənmiş ENP Avropa İttifaqı-Azərbaycan Tərəqqi Hesabatının hazırlanması prosesində Aİ-nin əməkdaşlığını yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.

E. Məmmədyarov ümidvar olduğunu bildirib ki, ikitərəfli münasibətlər və gələcək perspektivlər üzrə açıq fikir mübadiləsi əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını və vasitələrini müəyyən etməyə imkan verəcək.(APA)



Xəbərin oxunma sayı : 172




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap