“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Aİ Qrenlandiya üçün investisiya və müdafiə paketi hazırlayır“ - Fon der Lyayen

Tarix 20.01.26, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) Arktik bölgənin qlobal təhlükəsizlik üçün artan əhəmiyyəti fonunda Qrenlandiyaya siyasi, iqtisadi və müdafiə dəstəyini əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Davosda Dünya İqtisadi Forumunda çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

"Aİ Arktikanın təhlükəsizliyini strateji prioritet hesab edir, Qrenlandiya və Danimarka Krallığı ilə tam həmrəydir", - o bildirib və əlavə edib ki, Qrenlandiyanın suverenliyi, ərazi bütövlüyü müzakirə mövzusu deyil.

Fon der Lyayen bildirib ki, Avropa İttifaqı Qrenlandiya üçün böyük investisiya paketi hazırlayır. O, yerli iqtisadiyyatın, infrastrukturun inkişafına və regionun dayanıqlılığının artırılmasına yönələcək. Təşəbbüsün həyata keçirilməsi Qrenlandiya və Danimarka hakimiyyəti ilə sıx əlaqələndirmədə planlaşdırılır.

Çıxışda hərbi və müdafiə məsələlərinə xüsusi diqqət ayrılıb. Aİ Arktikanın təhlükəsizliyinə investisiyaları, o cümlədən Avropa buzqıran donanması potensialının yaradılması və ixtisaslaşmış avadanlıqların tədarükü hesabına artırmaq niyyətindədir. Fon der Lyayenin sözlərinə görə, NATO-nun şimal ölkələri artıq Arktik şəraitə uyğunlaşdırılmış qüvvələrə malikdir və regionun təhlükəsizliyi yalnız müttəfiqlərin birgə səyləri ilə təmin edilə bilər.



Xəbərin oxunma sayı : 1171




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap