Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

“Ağalarının verdiyi əmrləri yerinə yetirməli, yallandıqları qapılara...” - Gömrük Komitəsindən qəzəbli açıqlama

Tarix 07.11.18, 13:19

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində guya gömrük orqanları əməkdaşlarının qanunsuz əməllərini-vətəndaşlardan rüşvət tələb etməsini, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, 4 məkanda qeydə alınan videolardan 3-də sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil:
"Belə ki, 2-ci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub. 4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur.

1-ci məkanda qeydə alınan təsvirlərdə və audioyazılarda birbaşa kameranın obyektivinin hədəfində olan mülki vətəndaşın gömrük əməkdaşı ilə təması, dialoqu, ümumiyyətlə qeydə alınmayıb. Belə ki, videodakı gömrük əməkdaşı sadəcə "gəlir, maşın gəlir" sözlərini işlədir. Görəsən, "gəlir, maşın gəlir" sözlərində rüşvətə dair hansı eyham və ya mülki vətəndaşı təhqiredici, alçaldıcı ifadələr var?

24 saatını, ömrünü, gününü Azərbaycan dövlətinin, onun strateji qurumlarının ləkələnməsinə həsr edən, dövlətçiliyimizə qarşı daim düşmən mövqedə dayanan, dövlət, xalq olaraq hər uğurumuzin arxasında bir əmma axtaranları hardasa başa düşmək mümkündür. Ağalarının verdiyi əmrləri yerinə yetirməli, yallandıqları qapılara sədaqətlərini ortaya qoymalıdırlar. Lakin ölkənin bəzi aparıcı media qurumları da daxil olmaqla, səhərdən axşama vətənpərvərlikdən, dövlətçilikdən dərs keçən mətbuat orqanları, onların rəhbərləri və ya aidiyyəti əməkdaşları hər hansı dəlil olmadan strateji dövlət qurumlarından birininin fəaliyyətinə kölgə düşürən məlumatı qarşı tərəfin rəyini belə öyrənməyə ehtiyac duymadan hansı səbəb və ya məntiqlə yayımladılar? Üstəlik də birbaşa dövlətimizin, onun rəhbərliyinin əlehinə daxildə və xaricdə qarayaxma kampaniyası aparanların loqosuna istinadən. Əslində o qədər də təəccüblənmirik. Gündə bir ağa dəyişdirən, ali hiss və duyğulardan məhrum qalan, şəxsi mənafe üçün hər yola gedən zavallılardan, ən əsası isə gömrük orqanlarının xüsusi geyim formasını tanımadığı halda bu qurum və onun əməkdaşları haqqında "xüsusi yazılar" hazırlayanlardan bundan başqa nə gözləmək olar?".

DGK-nin açıqlamasında daha sonra "Zavallı bəylər və xanımlar, kadrlarda dediklərindən qəzəbləndiyiniz, qeyrət damarlarınızın qalxdığı, "vətənpərvərlik” hisslərinizin coşduğu, ağına bozuna baxmadan söyüb təhqir etdiyiniz həmin şəxsin üzərindəki gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil, həmin şəxs də gömrükçü deyil....

Gömrük orqanları əməkdaşlarının korrupsiya hallarına yol verməsinə, vəzifə səlahiyyətlərini aşmasına gəlincə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları bu kimi hallara qarşı qətiyyətli mübarizə aparır. Şahidi olduğunuz belə faktlar varsa da, xahiş olunur bununla bağlı dərhal və birbaşa səlahiyyətli hüquq-mühafizə qurumlarına müraciət edəsiniz”, - deyə bildirilib.



Xəbərin oxunma sayı : 202

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda