“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“ABŞ-la Rusiya arasında nüvə müharibəsi olsa, 5 milyard insan öləcək“ - Alimlər

Tarix 17.08.22, 9:42

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ və Rusiya arasında nüvə müharibəsi 5 milyard nəfərdən çox insanın ölümünə səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Rutqers Universitetinin alimlərinin araşdırmasında bildirilir.

Qeyd olunur ki, hipotetik nüvə müharibəsi baş versə, onun fəsadlarından ən yaxşı şəkildə Avstraliya və Argentina xilas ola biləcək. Bunun Yeni Zelandiya sakinlərinə həmçinin təsiri az olacaq.

Alimlər tədqiqat çərçivəsində nüvə münaqişəsinin nəzəri ssenarisini modelləşdiriblər. Proqnozlara görə, şəhərlərə və sənaye mərkəzlərinə atılan atom bombaları odlu tufanlara səbəb olacaq, Yer atmosferi yanma hissəciklərinin emissiyaları ilə çirklənəcək, onların fikrincə, bu, iqlim dəyişikliyinə, ərzaq ehtiyatlarının azalmasına və dünyanın əksər hissəsində aclığa səbəb olacaq.

Mütəxəssislərin hesablamalarına əsasən, atmosferə 165 milyon tondan çox his buraxılsa, fəlakətdən 3-4 il sonra taxıl istehlakı təxminən 90 % azalacaq.



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap