Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“ABŞ İŞİD terrorçularının qalıqlarından “Yeni Suriya Ordusu” yaradır” – Rusiya Mərkəzi

Tarix 16.12.17, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ hərbi mütəxəssislərinin rəhbərliyi ilə Suriyanın Haseka vilayətində yerləşən qaçqın düşərgəsində “Yeni Suriya Ordusu” adı altında silahlı qruplaşma yaradılır.

APA-nın “RİANovosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Düşmən Tərəflərin Barışma Mərkəzi məlumat yayıb.

Düşərgəni tərk edən qaçqınlardan biri deyib ki, amerikalı hərbçiləri hazırlıq kursundan sonra həmin silahlı birləşmənin cənubda Suriya hökumət qoşunları ilə döyüşə başlayacağını bildirib.

Həmin qaçqın düşərgəsi Cisr-eş-Şaddadi şəhərindən 20 km şimal-şərqdə yerləşir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya artıq yarım ildən çoxdur ki, bu qaçqın düşərgəsindən döyüşçülərin hazırlanması üçün “platsdarm” kimi istifadə edir. Hazırda orada Rakka, Deyr-ez-Zor, əl-Bukemal və Fərat çayının şərqindən qaçmış İŞİD və “əl-Nusra” terror təşkilatlarının 750 üzvü var. Silahlı qruplaşmanın əsasını bu ilin oktyabrında ABŞ-ın dəstəyi ilə Rakkadan çıxan 400 terrorçu təşkil edir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyadakı terrorçuları məhv etməyə mane olmaqda günahlandırıb.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap