Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“ABŞ Əfqanıstanda hər şeyi korlayıb“ - Pakistanın Baş naziri

Tarix 29.07.21, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar Əfqanıstanda vəziyyəti korlayıb, Vaşinqton xeyli əvvəldən siyasi tənzimləməyə israr etməli idi.

Bu barədə «PBS Nyus»-a müsahibəsində Pakistanın Baş naziri İmran Xan bəyan edib.

«Mən, hesab edirəm ki, ABŞ gerçəkdən Əfqanıstanda hər şeyi korlayıb. Mənim kimi qətiyyətlə bildirən adamları ki, deyirdilər, orada hərbi həll yoxdur və hansı ki, Əfqanıstanın tarixini bilirdilər, onları «ABŞ-a qarşı köklənmiş» adlandırdılar. Şəxsən məni Taliban Xan çağırırdılar» - Pakistan hökumətinin başçısı bəyan edib.

İmran Xan qeyd edib ki, ABŞ anlayanda ki, Əfqanıstanda hərbi həll yoxdur, amerikalıların və NATO-nun danışıq imkanları kəskin azalmışdı. Ona görə ABŞ siyasi həll yolunu xeyli əvvəl seçməli idi - hələ ki, Əfqanıstanda NATO-nun 150 min hərbçisi var idi.

«Ancaq onlar ordunun sayını 10 min nəfərə qədər ixtisar edən kimi və ardınca onlar ordunun çıxarılmasının tarixini açıqladılar, taliblər fikirləşdilər ki, onlar qələbə çalıblar. Və ona görə hələlik onları kopromisə məcbur etmək çox çətindr» - o, deyib.

Müsahibə götürən soruşanda ki, o, hesab edirmi «Taliban»ın yenidən dirçəlməsi Əfqanıstan üçün pozitiv hadisədir - Xan yenə təkrarlayıb ki, yeganə yaxşı nəticə siyasi tənzimləmə olardı və bu, bütün tərəfləri qane edərdi.

«Açıq görünür ki, «Taliban» hökumətin bir hissəsi olacaq - o əlavə edib - və Pakistanın nöqteyi-nəzərincə, biz, hamıdan az istərdik ki, Əfqanıstanda vətəndaş müharibəsi olsun. Bu, ən pis ssenaridir, çünki o zaman biz, qaçqınlar problemi ilə qarşılaşacağıq. Pakistanda artıq onlar 3 milyondurlar. Və biz, ehtiyat edirik ki üzücü vətəndaş müharibəsi onların axınlarını daha da gücləndirəcək. Ancaq bzim iqtisadi vəziyyətimiz Əfqanıstandan yeni qaçqınları qəbul etməyə imkan vermir». (AzPolitika.info)



Xəbərin oxunma sayı : 904




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap