Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ üzərində Çinin kəşfiyyat hava şarı görülüb - “Gizli obyektlərdən keçib” + FOTO/VIDEO

Tarix 03.02.23, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ üzərində Çinə məxsus yüksək hündürlükdə kəşfiyyat hava şarı qeydə alınıb və ABŞ ordusu onu izləyir”. 

Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat verib.

Bununla bağlı Pentaqon sözçüsü, briqada generalı Patrik Rayder telekonfrans zamanı jurnalistlərə açıqlama verib.

“ABŞ hökuməti ölkənin materik hissəsi üzərində yüksək hündürlükdə kəşfiyyat şarı aşkar edib və onu yaxından izləməyə, hərəkət istiqamətini nəzarətdə saxlamağa davam edir”, - deyə o qeyd edib.

Rayder həmçinin bildirib ki, hazırda şar mülki hava hərəkəti məkanından xeyli yüksəklikdə yerləşir və yerdəki insanlar üçün heç bir fiziki və ya hərbi təhlükə yaratmır. O əlavə edib ki, belə hallar son bir neçə il ərzində müşahidə olunub.

“Şar aşkar edildikdən sonra ABŞ səlahiyyətliləri mühüm məlumatların toplanmasının qarşısını almaq üçün dərhal hərəkətə keçiblər”, - deyə o məlumat verib.

Həmçinin adının açıqlanmasını istəməyən Pentaqonun yüksək səviyyəli rəsmisi bildirib ki, bu hava şarının Çinə məxsus olduğuna əmindir.

“Prezident Co Bayden bu barədə məlumatlandırılıb və o, bununla bağlı hərbi variantları istəyib. Filippində olan müdafiə naziri Lloyd Ostin yüksək rütbəli müdafiə rəhbərliyini toplayıb. Nəticədə hava şarını vurmamaq məsləhət görülüb, çünki Yerə düşəcək parçalar risk yarada bilər”, - deyə o qeyd edib.

Pentaqon rəsmisi bildirib ki, hava şarı bir gün əvvəl Montana əyalətinin üzərində görülüb. Burada da ABŞ dövlətinin nüvə silahı arsenalları yerləşir. Əgər ştat üzərində şar vurulsa, onun yerdəki qalıqları böyük zərər verə bilər.

O vurğulayıb ki, hava şarının marşrutu daha çox ABŞ-nin gizli obyektləri üzərindən keçib. Amma onun kəşfiyyat məlumatları toplamaq qabiliyyəti zəifdir. Amerika ordusu buna baxmayaraq, lazımi ehtiyat tədbirləri görüb.(oxu.az)





Xəbərin oxunma sayı : 715




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap