“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir“ - NASA

Tarix 06.08.25, 8:27

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Yerin təbii peykində uzunmüddətli mövcudluğa və gələcəkdə pilotla Marsa uçuşlara hazırlıq məqsədilə Ayda nüvə reaktoru quraşdırmaq niyyətindədir.

Bunu NASA-nın rəhbəri vəzifəsini icra edən, ABŞ-nin nəqliyyat naziri Şon Daffi pilotsuz aparatların tənzimlənməsinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ayda nüvə enerjisindən istifadə dayanıqlı infrastruktur yaradacaq və gələcək Ay bazasını enerji ilə təmin edəcək. "Qulaq asın, bu yeni konsepsiya deyil. Bu, Donald Trampın birinci prezidentlik dövründə, sonra Cozef Baydenin dövründə müzakirə olunub. Biz yarışdayıq - Ay yarışında, Çinlə yarışdayıq. Ayda bazaya sahib olmaq üçün bizə enerji lazımdır", - NASA rəhbəri vurğulayıb.

Daffi qeyd edib ki, Ayın günəş işığı və buz yataqları olan ərazisi xüsusilə perspektivlidir. "Biz ora birinci çatmaq və Amerika üçün bu ərazini tutmaq istəyirik" dedi.

NASA rəhbəri qeyd edib ki, günəş enerjisi həyatı təmin etmək üçün lazım olan enerji ehtiyacını tam ödəyə bilməz. "Bunun üçün nüvə parçalanması texnologiyası tələb olunacaq. Həm də böyük elektrik stansiyalarının miqyasında deyil - söhbət 100 kVt gücdən gedir ki, bu da təxminən 186 kvadratmetrlik bir evin üç yarım gün ərzində istehlakına bərabərdir", - Daffi izah edib.



Xəbərin oxunma sayı : 1384




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap