Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“ABŞ hökuməti Ankara və Vaşinqton arasında yaranan viza böhranına görə məsuliyyət daşıyır”

Tarix 11.10.17, 1:55

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ hökuməti Ankara və Vaşinqton arasında yaranan viza böhranına görə məsuliyyət daşıyır

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
 
“Problemi biz yaratmadıq, bunda ABŞ günahkardır. Əgər səfir özü belə qərar verirsə, ölkə rəhbərliyi onu vəzifədən azad etməlidir. Əgər bizim səfir bu cür etsəydi, onu bir dəqiqə belə vəzifədə saxlamazdıq. Biz onu (ABŞ-ın Türkiyədəki səfiri Con Bass) ABŞ təmsilçisi kimi qəbul etmirik. Nə XİN, nə nazirlərimiz, nə də mən onun vida səfərlərini qəbul etməyəcəyik”, - deyə Ərdoğan qeyd edib.
 
“ABŞ-ın Baş Konsulluğunda nələrsə baş verməkdədir. ABŞ diplomatik missiyalarında FETÖ casuslarının çalışması bizləri düşünməyə vadar edir. ABŞ hökuməti deyilsə, onları kim ora işə götürüb?”, - deyə prezident bildirib.     
 
Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal ötən həftə FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və Türkiyə ilə tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib.    
 
Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib. 



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap