Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“ABŞ Suriya ərazisinin bir hissəsini qoparmaq istəyir” – Lavrov

Tarix 12.11.19, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ Suriyada, Fərat çayının şərq sahilində əraziləri ayırmağa çalışır və orada kvazidövlət yaratmaq üçün əlindən gələni edir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov II Paris sülh forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Körfəz ölkələrindən Suriya demokratik qüvvələrinin, kürd qruplaşmalarının əsasında yerli administrasiya yaratmaq üçün böyük investisiyalar barədə xahiş edir: “Burada məqsəd Suriyanın bu hissəsini qoparmaqla, oradakı neft yataqlarını nəzarətdə saxlamaqdır”.

S. Lavrov bildirib ki, ABŞ-ın Suriyada neft yataqlarına nəzarəti ələ keçirmək cəhdləri qanunsuzdur və müsbət heç nə vəd etmir.

Rusiya XİN başçısı ABŞ-ın müttəfiqlərinə rəsmi Dəməşqin nəzarətində olan Suriyanın yenidən qurulması layihələrinə investisiya yatırmağı qadağan etdiyini də vurğulayıb.

“Biz Suriya hökuməti ilə birlikdə hamını qaçqınların geri dönməsi və ölkənin normal həyatına qayıtmasına dəstək verməyə çağırırıq”, – deyə S. Lavrov qeyd edib.





Xəbərin oxunma sayı : 517




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap