Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram“ - Ərdoğan

Tarix 15.06.26, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün zəruri inkişaf kimi gördüyini bildirərək alqışlayıb.

Dövlət başçısı bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması üçün zəruri inkişaf kimi görür və bunu alqışlayıram", - dövlət başısı qeyd edib.

Ərdoğan bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu hadisənin regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyinə səmimi qəlbdən ümid etdiyini bildirib: "Sazişlərin imzalanmasına qədər olan dövrdə gərginliyi artıracaq ritorikadan, təxribatlardan və hərəkətlərdən çəkinməyin və mümkün təxribatlara qarşı ayıq olmağın vacibliyini vurğulayıram. Bu nəticənin əldə edilməsində ABŞ və İran liderləri başda olmaqla müstəsna vasitəçilik səylərinə görə Pakistana təşəkkür edirəm. Həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.

Türkiyə olaraq, bölgəmizdə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləməyə, diplomatiya və beynəlxalq hüquqa əsaslanan davamlı həllərə töhfə verməyə davam edəcəyik".



Xəbərin oxunma sayı : 1162




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap