Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“ABŞ Yunanıstandakı bazalarını Türkiyəyə tuşlayır” - Türkiyəli analitik

Tarix 29.07.21, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbçilərinin Yunanıstandakı hərbi bazalarda cəmləşməsi Türkiyədə ciddi narahatlıq və qısqanclıq doğurur.

Türkiyəli analitik Öztürk Yılmaz «CNN Türk» telekanalının efirindən ABŞ hərbçilərinin Yunanıstan Aleksandrupolisində cəmləşdiyini xatırladıb və göstərib ki, «Birləşmiş Ştatlar buradan Yunanıstanın xeyrinə Egey dənizinə nəzarət edəcək və bu baza həmin nəzarəti daha da genişləndirəcək».

Bu barədə iyulun 28-də «Greek City Times» nəşri yazıb.

Yılmazın sözlərinə görə, ABŞ Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasında rəqabəti dərinləşdirməyə can atır və Vaşinqton Ankaranı özünün «kağız üzərində» müttəfiqinə çevirib və iki ölkə arasında reallıqda «müttəfiqlik ruhu qalmayıb».

ABŞ-ın Yunanıstandakı bazasına gəlincə, keçmiş türk diplomat əmindir ki, onlar amerikalılar tərəfindən daha çox Türkiyəyə qarşı istfadə olunacaq, nəinki Rusiyaya qarşı. Birləşmiş Ştatlar Yunanıstanda öz iştirakını artırmağa ona görə cani atır ki, Türkiyənin etibarlılığına şübhəsi artır - bu barədə yunan qəzeti «Kathimerini» öz mənbələrinə istinadla xəbər verib. Nəşrin həmsöhbətinin sözlərinə görə, bölgədə Amerika iştirakının genişlənməsinə Yunanıstan və Türkiyə arasında münasibətlərin pisləşməsinin davam etməsi və həm də Vaşinqton və Ankara arasında münasibətlərdə proqresin olmaması kontekstində baxılır. NATO üzrə müttəfiq olaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin etibarlılığına əminliyin azalması da ABŞ-ın Yunanıstanda iştirakının dərinləşməsi məsələsinə təsir edən amil hesab olunur - «Kathimerini» təsdiqləyir.

Son illər ABŞ Afina ilə hərbi əlaqələri möhkəmlədib. Amerikalılar artıq öz hərbi-dəniz qüvvələrini Suda körfəzində, Kritdə, Aleksandrupolisdə, Larisdə və Stefanovikeyoda yerləşdiriblər. Daha 4 bazanın da əlavə olunması planlaşdırılır və Yunanıstan ABŞ-a 22 mümkün əlavə variant seçimi təklif edib.



Xəbərin oxunma sayı : 925




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap