Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Abşeron rayon İcra nümayəndələri məndən 15 min pul, 4 sot torpaq tələb edirdilər“ - Evi uçurulan Saray sakini DANIŞDI (FOTOLAR)

Tarix 12.04.19, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


Abşeronun rayonunun Saray qəsəbəsində icra nümayəndələri tərəfindən evi dağıdılan Rəsul Hüseynov baş verən hadisə ilə bağlı açıqlama verib. 

R.Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, sənədləri olduğu halda Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri onun evini uçurdub:

"Mənim əlimdə məhkəmənin qərarı və evimin sənədi var. Daşınmaz Əmlak İdarəsindən sənəd almışam. Onlar mənim evimi qanunsuz şəkildə uçurdublar. Əslində, onların qanunsuz dedikləri ev qonşu ərazidə yerləşir. İcra nümayəndələri də bunu bilirdilər. Sadəcə olaraq Hilal Nəcəfov adlı icra nümayəndəsi dəfələrlə məndən evin uçurulmaması üçün 15 min manat rüşvət, 4 sot isə torpaq sahəsi istəyirdi. Hələ üstəlik də əlavə 1000 manat da onlara "şirinlik" verməli idim. Mənə dedilər ki, bu pullar Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bölüşüdürüləcək. Hətta, icra məmurları mənə 10 gün möhlət vermişdi ki, gedim həmin 15 min manat pulu tapım onlara verim. Bütün bunları sübut edəcək səs yazılar da var".

Zərərçəkmiş deyib ki, Hilal Nəcəfov adlı şəxs ondan 15 min manat vəsait və 4 sot torpaq tələb edib:

"Onlar təkcə məndən bunu tələb etmirlər. Qonşumdan da 3 sot torpaq alıb hasar çəkiblər. Mənə xəbərdarlıq etdilər ki, əgər onların istədiklərini verməsəm, evimi uçurtadacaqlar. Bütün bu danışıqlara şahidlik edən adamlar var. Lazım olsa, onlar da məhkəmədə ifadə verəcəklər".

R.Hüseynov hazırda evinin uçurulmuş vəziyyətdə olduğunu söyləyib. 

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən Demokrat.az-a bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb.

"Abşeron rayon İcra Hakimiyyətinin başçısı ev uçurtmur. Dövlətin qanunları var. O qanunların icrasını isə məhkəmə icraçıları həyata keçirir. Bu məsələ ilə bağlı da məhkəmənin qərarı var", - deyə İcra Hakimiyyətindən bildirilib.  







Xəbərin oxunma sayı : 724




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap