Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Abırsız v” VƏ… “Təlxək”! – Cəmil Həsənli ilə Rəsul Quliyevin “siyasi polemikası”

Tarix 20.03.17, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


Eks-spiker və Milli Şura sədri bir-birilərini təhqir etdilər!


Azərbaycan parlamentinin sabiq sədri, 1996-cı ildəт ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevlə Milli Şuranın sədri, professor Cəmil Həsənli arasında “Facebook” üzərindən başlayan söz atışması davam edir. “AzPolitika.info”nun məlumatına görə, ahıl yaşlı siyasətçilərin bir-birinin əleyhinə yönəlmiş sonuncu yazıları daha da sərtləşib – tərəflər bir-birinin əleyhinə açıq təhqirlər yazmaqdan çəkinməyiblər. Eks-spiker və Milli Şura sədrinin normal siyasi polemika sərhədlərini aşan, aşağı səviyyəli ittihamlar və təhqirlərlə müşayiət olunan yazılarını qısa ixtisar, zəruri redaktə və şərhsiz “AzPolitika” oxucularının mühakiməsinə təqdim edirik.

Cəmil Həsənli: “20 il sonra pasportuna giriş möhürü vurulması üçün…”

cemil-hesenliiiii

Cəmil Həsənli yazır: “Dostlar! Rəsul Quliyev xalqımızı alçaldan və onu köləlikdə ittiham edən məlum statusuna yazdığım cavabdan sonra tüstülənməkdə davam edir. Bir neçə gün idi başım Şanxay konfransına qarışmışdı. Görürəm, orda-burda bu Rəsul yenə bilmədiyi, başı çıxmayan, ağlı kəsməyən şeylərdən danışıb özünü ifşa edir. Bir halda belədirsə, deməli bu ifşa prosesinə son nöqtəni qoymaq lazımdır.

Əlbəttə, mən onun korrupsioner olması haqqında yazmayacağam. Rəsul Quliyevin həyatı “şəffaf” olduğu üçün zatən xalqımız onun korrupsiya əməlləri barədə çox şey bilir. Mən onun savadsız olması haqqında da yazmayacağam, çünki bu adam özü-özünün savadsız olduğunu hər kəsdən daha “ağıllı” formada sübuta yetirib. Rəsul Quliyevin biznes bacarığına da bənd olmaq lazım deyil. Çünki bir vaxtlar dövlətə məxsus olan beş-altı çəllək nefti, bir o qədər də mazutu satıb, qır-saqqız kimi bu xalqın yaxasına yapışmaq, qatran kimi qara işlərə qurşanmaq böyük biznes bacarığı hesab oluna bilməz.

Adamın Rəsul Quliyevə sadəcə olaraq yazığı gəlir. Dil bilmədiyi bir məmləkətdə o qədər tək-tənha öz-özünə deyinib ki, olan-qalan ağlını da itirib. Görün bu nə yazır: Guya mən demişəm ki, Azərbaycanda seçicilərin 65 faizi mənə səs verib və o da həvəskarı olduğu kalkulyatorla vurub-çıxıb, hesablayıb ki, bu 3,5 milyon seçici deməkdir. Halbuki, mən 2013-cü il seçkilərində seçicilərin 20-22%-nin iştirak etdiyini və onların da 60-65%-nin Milli Şuranın namizədinə səs verdiyini demişəm. Bunu beynəlxalq rəylər də təsdiq etdi…

Rəsul Quliyev hesabdarlığa elə aludə olub ki, ümumi seçicilərin sayı ilə seçkiyə çıxan seçicilərin sayını da mazut və qatran çəlləkləri kimi “optovoy” hesablayıb. Rəsul Quliyev hakimiyyətə yarınmaq üçün ATƏT-in Varşa Bürosunun 58 faiz seçki saxtakarlığına yol verildiyini əks etdirən rəyindən sonra İlham Əliyevin prezident seçildiyin tanıdığını bəyan edib. İndi isə bizi İlham Əliyevə işləməkdə ittiham edir. Belə bir cəsarətdə bulunmaq üçün sadəcə olaraq çox abırsız olmaq lazımdır.

Rəsul Quliyev real həyatdan ayrıldığı üçün reallıq hissini də itirib. Amerikanın Florida ştatında oturub, oradan virtual olaraq o qədər də ayıq olmayan başını bilmədiyi bütün sahələrə soxur, “dərin analizlər” aparıb özünü gülünc vəziyyətə qoyur. Adam Smiti “mükəmməl” oxuyan bu “mazqatiq” (xahiş edirəm ayrı cür başa düşməyin, “mazut və qatran iqtisadiyyatı” deməkdir) sübut etməyə çalışır ki, guya hakimiyyət bizim dediyimizdən az oğurlayıb. O yazır: “10 il müddətində Azərbaycana daxil olan valyutanın miqdarı maksimum 250 milyard dollar olub. Bu pulun 55 milyardı neft fondunda yığışıb durub (Bu adamın (məni nəzərdə tutur-C.H.) şər- şamata olduğunu nəzərə alaraq, rəqəmlərin 2013-cü ilə aid olduğunu qeyd etmək istəyirəm). 10 faizi, yəni 25 milyardı Neft kompaniyasına verilib. 60 milyardı maaş şəklində camaata verilib. 60 milyardı tikinti-inşaata və sairə sərf olunub. Başqa sözlə, gələn valyutadan oğurlanan dollarların miqdarı 25 milyarddan çox deyildir”.

Özünün də korrupsiya məsələsində böyük təcrübəsi olduğu üçün bu hesablamada Rəsul Quliyev bəzi detalların üzərindən ustalıqla keçə bilib və görünür bu da Adam Smiti yaxşı mənimsəməkdən irəli gəlir. Əvvəla Azərbaycanda hakim elitanın nə qədər sərvət topladığın biz demirik, bunu həmin mövzuda dərin təhqiqat aparmış beynəlxalq jurnalist araşdırma təşkilatı bəyan edib. Digər tərəfdən, lap bu günlərdə bəlli oldu ki, Dövlət Dəmir Yol idarəsi Rəsul müəllimin araşdırdığı xronoloji çərçivədə Bakı-Qars yolunun çəkilişi üçün zəruri olan avadanlığı öz qiymətindən 5 dəfə baha sənədləşdirib.

Təcrübəli bir “iqtisadçı” kimi burada mənimsənilən 10 milyonlarla dövlət vəsaitini Rəsul Quliyev hansı qrafaya aid edir? Yaxud, Avstriyada manat banknotunun kəsilməsi üçün qiymətlər artıq göstərilib və həmin artıq vəsait böyük həcmdə rüşvət kimi Panama şirkətlərinə köçürülüb. Son vaxtların məhkəmə prosesində bəlli oldu ki, 12 il ərzində təkcə Rabitə və İnformasiya Nazirliyində bütün satınalma və xidmət qiymətləri 35 faiz şişirdilib. Kalkulyatoru “semiçka kimi çırtlayan” Rəsul Quliyev bunun büdcə oğurluğu olduğunu bilmirmi? O, Adam Smiti oxumuş birisi kimi neft pullarından “60 milyardı tikinti inşaata və sairə sərf olunub” deyəndə bunları nəzərə alırmı?

Daha sonra Rəsul Quliyev Adam Smitdən keçir tarix elminə, tarixçilik haqqında yekə-yekə hökmlər verir, anlamaq istəmir ki, tarixi mövzuda Harvard, Oxford, Routledge, Nauka, POSSPEN kimi nəşrlərə düşmək Adam Smiti oxuyub mazut satmaq, qatran bazarına nırx qoymaq qədər asan bir şey deyil. Öz tərcümeyi-halını belə dürüst yaza bilməyən Rəsul Quliyev pul verib bir-iki cızma-qara buraxdırıb, elə bilir ki, Avropa və Amerikada istənilən nəşriyyata pul verib istənilən cəfəngiyatı çap etdirmək olar. Mən pul verib kitab çap etdirmirəm, əksinə, nəşr olunmuş kitablarıma görə mənə satışdan bəlli bir faiz ödəyirlər. O, iddia edir ki, mən guya Mir Cəfər Bağırov haqqında sifarişlə kitab yazmışam. Yalan danışır, onun mənim kitablarım haqqında təsəvvürü belə yoxdur. Mən nə Mir Cəfər Bağırov, nə də Heydər Əliyev haqqında kitab yazmamışam. Tarixi şəxsiyyətlər olaraq mən Əlimərdan bəy Topçubaşov haqqında monoqrafiya yazmışam və onun haqq elədiyi mükəmməl siyasi portretini yaratmışam.

Rəsul Quliyev sadəcə reallıq hissini deyil, yaddaşını da itirib. Xalq tərəfindən seçilmiş qanuni hökumətə qarşı qiyamın təşkilatçılarından biri olan, Heydər Əliyevi bəh-bəhlə Naxçıvandan Bakıya gətirən, “Bu ölkənin iki milli sərvəti var: biri neft, biri də Heydər Əliyevdir” deyən birisi indi bizi Heydər Əliyevə xidmət etməkdə ittiham edir. Bunun üçün tək yaddaşı deyil, utanc hissini itirib, son dərəcə abırsız olmaq lazımdır.

Simferopol “çadır teatrından” bir neçə gün əvvəl Rəsul Quliyev özünə sadiq adamlarını yanıma göndərib, bir ziyalı kimi, bir deputat kimi Londondan Bakıya mənimlə gəlmək istədiyini bildirmişdi. Doğrusu əvvəlcə razılıq versəm də, lakin sonra prosesləri təhlil edib bütün bunların oyunbazlıq olduğu qənaətinə gəldim və Londona getməkdən imtina etdim. Öz vətəninə gəlməyə cəsarəti çatmayan, Amerikada oturub korrupsioner rejimin dəyirmanına su tökən birisi indi bizi hakimiyyətə işləməkdə ittiham edir.

Rəsul Quliyev parlamentin sədri olanda guya tək başına prezidentin ancaq 2 dəfə seçilə biləcəyinə dair maddəni Əsas qanuna daxil etdiyini iddia edir. Adam rəhbərlik etdiyi qurumun – Azərbaycan Milli Məclisinin hüquqlarının böyük bir hissəsinin prezident hakimiyyətinə verilməsinə heç bir müqavimət göstərə bilmədiyi halda, yüksək materiyadan dəm vurur, indi aqrar qanun, monopoliya haqqında qanun qəbul edilməsini böyük qəhrəmanlıq nümunəsi kimi qələmə verməyə çalışır. Rəsul Quliyev özünü elə aparır ki, elə bil alçaldıcı Bişkek protokolunda onun yox, mənim imzam var! Əgər indiyə qədər adamlar abrına qısılıb bunları onun üzünə deməyibsə, bu o demək deyildir ki, o, həddini aşa bilər.

Ən nəhayət, ölkəni tərk etdikdən sonra 8 partiya və bir o qədər də müttəfiq dəyişən Rəsul Quliyevin indi düşdüyü vəziyyətə acıyıram. Bir ildən sonra vətənə qayıdıb demokratik seçki keçirəcəyi iddiası ilə 1996-cı ildə Bakını tərk edən birisi 20 il sonra pasportuna giriş möhürü vurulması üçün hansı acınacaqlı vəziyyətə düşüb, hansı miskin üsullara əl atır, keçmiş mübarizə yoldaşlarını hansı çirkin üsullarla satır. Bax, budur məsələnin kökündə dayanan! Xalqın alçaldılması kimi xəstə təxəyyülün, millətin guya köləyə çevrilməsi kimi sərsəm iddiaların da arxasında məhz, bir sərhəd möhürünə görə insanın özünü bu qədər alçaltması, hakimiyyətə müxtəlif üsullarla yarınmaq cəhdləri dayanır. Amma cəmiyyət artıq belə şeylərə öyrəncəlidir. Hökumətin təqiblərindən qaçıb bu gün müxtəlif ölkələrdə hakimiyyətə xidmət edən o qədər mühacirlər var ki… Rəsul Quliyev bu sıralamada nə birincidir, nə də sonuncu, sıradan birisidir. Bu yeri o, öz əməlləri ilə qazanıb, bizim borcumuz isə layiq olduğu yeri ona göstərməkdən ibarətdir”.

Rəsul Quliyev: “Özünü ”professor” adlandıran psixikası pozulmuş şəxs…”

resul-quliyev-03030051

Rəsul Quliyev Cəmil Həsənlinin yuxarıdakı yazısına cavabında yazır: “Bütün həyatı boyu heç bir xeyirli işlə məşğul olmayan, bu gün xalqa xidmət edən bir tələbə belə yetirməmiş, heç kimin oxumadığı, sifarişlə yazılmış kitablarına görə özünü ”professor’‘ adlandıran psixikası pozulmuş şəxs, yeni çızma qarasında bir daha daxili əxlaqsızlığını nümayiş etdirir. Elə bil prezident seçkilərindən sonra 6 ay “prezident mənəm, 65 faizlə udmuşam” deyən təlxək mən olmuşam, bu yox! “Oğurlayanı oğurla” bədnam şüarının müəllifi elə bil bu deyil, kimsə başqasıdır. Saxta sənədlərlə invalid statusu alan və vaxtından qabaq özünə pensiya təşkil edən (çox ehtimal ki, kimlərəsə rüşvət verib) insan bu şərəfsiz deyilmiş! Mənim onu Londana dəvət etdiyimi iddia edən bu yazıq dediyini sübut edə bilərmi? Əsla yox! Əgər az da olsa insanlıq keyfiyyətinə malikdirsə, kimin vasitəsilə mənim bu işi gördüyümü desin. Əgər deyə bilmirsə utanıb xəcalət çəksin!

Mən bu insanı birinci dəfə Vaşinqtonda kiminsə vasitəçiliyi ilə Türk restoranında görmüşəm. Ona qədər və ondan sonra, yəni 2013-cü ilə qədər belə bir adamın olduğundan belə xəbərim olmayıb. Vaşinqtonda onun mənə verdiyi kitabla tanış olmuşdum və orada M.Bağırovla əlaqədar yazdıqlarının səhv olduğunu demişdim. Bu insan hələ də yalan danışmağın Azərbaycan xalqının imicinə nə qədər ziyan vurduğunu anlamır və bu yalanları deməkdə davam edir. Bu adama 30 milyard pul olan yerdə 100 milyard oğurlamaq mümkün olmadığını başa salmaq mümkün deyil. Və belə bir insan prezident olmaq arzusuna düşmüşdü…

Kimdir bu professor? “Azadlıq” qəzetində ağzına gələni yazan və bu qəzetdə heç bir cavab ala bilməyəcəyinə əmin olan bədbaxt. Adam Smiti mənim mazut satmağımla eyniləşdirən bir bədbaxtın özünü ”professor” adlandırması azad bazar iqtisadiyyatına təhqirdən başqa bir şey deyildir. Bu adam Şanxayda olduğundan, orada fəaliyyətindən fəxrlə danışır. Bu insan Cində kommunist diktaturasının hökm sürdüyündən xəbərdardır, görəsən? Mən əminəm ki, onun növbəti çızma qarası Cin diktaturasının şəninə həsr olunacaq. Bir sözlə, bundan sonra bu insana cavab verməyi özüm üçün təhqir qəbul etdiyimdəm xahiş edirəm yazılarını davam etdirsin. Mən həyatımda 10-larla akademik (Sovet ittifaqı və respublikada) və 100-lərlə normal professorlarla işləmişəm. Bu özünü professor adlandıran aşağı problu adamla polemikaya girmək istəmirəm. Çünki o səviyyəli adamların məni anlamaq şansı yoxdur”.

Azpolitika.info




Xəbərin oxunma sayı : 490




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap