Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ad gününə getdiyi üçün maşını istədi…” – Şəhid qızını maşınla öldürən iş adamının oğlunun məhkəməsi

Tarix 06.02.18, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Səbail Rayon Yol Polisi əməkdaşı Yasin Abbaslı şahid qismində dindirilib.

O bildirib ki, təqsirləndirilən R.Rəhimovu yol qəzası baş verən ərazidə görüb: "Ərazidə xidmət aparan zaman efir vasitəsilə bizi çağırdılar ki, Bayraq meydanı tərəfdə qəza var. Ora çatanda yolun kənarında bir nəfərin oturub qalxaraq ağladığını gördüm. Yanında da bir neçə şəxs var. Onlara yaxınlaşdım, həmin şəxsdən soruşdum. O, qəza törətdiyini, sürücülük vəsiqəsinin üzərində olmadığını qeyd etdi. Dedim ki, "burada durmayın, təhlükəsizlik baxımından keçin o birisi tərəfə". Onları bizim polislərin yanına göndərdim və sonra mən yolu tənzimləməyi davam etdirdim. Komandirimiz Asif Kərimov bildirdi ki, "get "254"ün yanında dur"".

Şahid R.Rəhimovun hadisə zamanı ərazidən qaçmadığını söyləyib: "Maşının qabaq hissəsinin sol tərəfi əzilmişdi. Qadının da meyiti yolun ikinci zolağının arasında qalmışdı. Hava çiskinli idi. Mən komandirim Asif Kərimovla hadisə yerinə bir yerdə gəlmişik. Təcili tibbi yardım maşını gəldi, artıq qadının keçindiyini dedi. Həmin zaman təqsirləndirilən şəxs ərazidə idi. Sonra müstəntiq gəldi, Rəhim orada yox idi. Maşının nömrəsi də üstündə deyildi. Müstəntiq sonra bilmədim həmin nömrəni necə əldə etdi".

Hakim qeyd edib ki, şahid Y.Abbaslı istintaqa verdiyi ifadəsində təqsirləndirilən R.Rəhimova hadisə zamanı "get maşında otur" deyib. Y.Abbaslı isə "yəqin ki, komputerdə səhv düşüb" söyləyib.

Polis əməkdaşı R.Rəhimovun hadisə yerindən necə getməsini bilmədiyini deyib.

O, hadisəni törədən şəxsin naməlum şəraitdə oradan uzaqlaşması ilə bağlı xidməti yoxlama da aparıldığını və digər polis əməkdaşlarına töhmət verildiyni vurğulayıb.

Daha sonra Əmrulla Şahbazov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsin ailə sürücüsü olub: "Rəhim ad gününə getdiyini deyərək məndən maşını istədi. Əvvəl razı olmadım, sonra avtomobili ona verdim. Bir qədər keçəndən sonra Rəhim adam vurduğunu söylədi. Əraziyə gedəndə təcili tibbi yardım maşını oradan getmişdi, onlar da ərazidə yox idi. Polis idarəsinə gedib müstəntiqi tapdım. Qeyd etdim ki, maşını onun atasından mən icazəsiz vermişəm deyə qəzanı da mən törətmişəm. Çünkü qorxurdum. Müstəntiq də razı olmadı".

Prokuror söyləyib ki, Ə.Şahbazov istintaqa verdiyi ifadəsində hadisə yerinə gələn zaman R.Rəhimovu orada görüb.

Şahid isə istintaqda belə söz demədiyini, sadəcə, qol çəkdiyini bildirib: "Yazmağı və oxumağı bacarmıram".

Təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldırıb. Onlar hadisə yerinə təcili tibbi yardım maşını ilə gedən həkimlərin əlavə şahid qismində dindirilməsini tələb ediblər. Vəsatət təmin edilib.

Həkim məhkəmə zalına gəlib ifadə vermək istəyən zaman onun xidməti vəsiqəsinin üzərində olmadığı məlum olub. Məhkəmə onu dindirməyib.

Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq də məhkəmədə dindiriləcək.

Məhkəmənin növbəti iclası fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan – 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.



Xəbərin oxunma sayı : 190




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap