“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Adi ərizəni yaza bilmirlər, ancaq həmin qadınlar dinlə bağlı bizə dərs keçirlər” – Komitə rəsmisi

Tarix 19.09.19, 13:41

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Azərbaycanın kənd və rayonlarında bəzi ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi qadınların təhsilləri yoxdur: “Bizə müraciət edib gələn qadınların bəziləri heç ərizə də yaza bilmirlər. Ancaq həmin qadınlar dinlə bağlı bizə dərs keçirlər. Digər problem isə ailə başçısının bu statusdan sui-istifadə etməsi ilə əlaqəlidir. Bununla bağlı bizə kifayət qədər müraciətlər olur”.

“Misal olaraq, bir çox gənc qız bizə müraciət edir ki, atası ona təhsil almağa icazə vermir. Yaxud qadın müraciətində qeyd edir ki, həyat yoldaşı onu başını bağlamağa məcbur edir, işləməyə icazə vermir, evdən çölə çıxmağa belə qadağa qoyur. Bu azmış kimi qadının əməkhaqqısını əlindən alan kişilər də var. Bəzən kişilər də bizə müraciət edib deyir ki, xanımı hər hansı dini qruplaşmaya qoşulub və övladlarını götürərək başqa ölkəyə gedib”, – Taliyə İbrahimova fikirlərinə əlavə edib.

“Qarşılaşdığımız problemlərdən biri də rayonlarda olan qatı dini düşüncəsi olan ailələrdir. Dövlət qurumu da bu kimi halların qarşısında acizdir. Bu kimi halda maksimum hər hansı cəza tədbiri ola bilər. Təbii ki, bu da çıxış yolu deyil. Çünki heç bir ailəyə məcbur nəsə etdirə bilmərik” – Komitə rəsmisi bildirib/Report.




Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap