Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Şadlıq evi, kafe, 15 Səhmdar Cəmiyyət… – 57 dövlət əmlakı satışa çıxarıldı

Tarix 19.08.19, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 57 dövlət əmlakı olmaqla 42 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15 səhmdar cəmiyyəti hərraca çıxarılıb.

AzFakt.com Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla bildirir ki, sentyabrın 17-də hərrac keçiriləcək.

Hərraca çıxarılan əmlaklara onlayn sifariş vermək üçün qeyd olunan linkə daxil olmağınız kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?id=6387

Özəlləşdirməyə çıxarılan kiçik dövlət əmlaklarından ümumi faydalı sahəsi ən yüksək olan dövlət əmlakı Şəmkir rayonu, Keçili kəndindəki Şəmkir yun tədarükü məntəqəsidir. Adıçəkilən dövlət müəssisəsinin ümumi faydalı sahəsi 3312 kv.m olmaqla, 62 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Lalə” şadlıq evi, “Mərdəkan” restoranı, “4 saylı” kafe xidmət sahəsi kimi istifadəyə uyğun olan kiçik dövlət müəssisələridir. Belə ki, bu kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 324,8 kv.m ilə 1772,7 kv.m arasındadır.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, kəndkimya, inşaat, təmir, istehsal, xidmət və digər sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Aqrotexservis”, “Xəzər Avtonəqliyyat”, “Zaqatala Fındıq”, “Bərdə Kəndkimya” və digər bu kimi dövlət müəssisələri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30-45%-ni təşkil edir.

Dövlət əmlakları barədə ətraflı məlumatları Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə əldə etmək mümkündür. Hərraclara qoşulmaq istəyən şəxslər operativ sifariş imkanları ilə seçdiyi əmlak üzrə hərracda iştirak statusu qazana bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10%-i miqdarında beh ödəmək kifayətdir.

Qeyd edək ki, hərraclar hər həftənin çərşənbə axşamı saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçirilir.




Xəbərin oxunma sayı : 286




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap