Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir - VİDEO

Tarix 03.08.20, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Şadlıq evləri mövcud vəziyyətə görə artıq demək olar ki, müflis olmaq dərəcəsindədirlər. 

Baku TV-nin məlumatına görə, orada işləyən işçilərə də artıq ödəniş olunmur. Bu dövr ərzində toy və digər mərasimləri təşkil edə bilməyən şadlıq sarayları gəlirsiz qalıb. 

Düzdür, sahibkarlara dövlət tərəfindən müəyyən qədər dəstək göstərildi, amma şadlıq evi sahiblərinin sözlərinə görə o da ilk iki ay müddətində ödənildi, daha sonra isə... 

Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. Aylardır ki, kiminsə evindən "Vağzalı” səsi eşidilmir. Bəzi ailələr sakit, səs- səmirsiz toy edir, toy demək olarsa əgər... 

Mövcud vəziyyət toy sahiblərinə də həm mənəvi, həm maddi ziyan vurur. 

Yəqin ki, ən gözəl adətlərimizdən olan toyu elə adətə uyğun keçirməyi gözləyən toy sahiblərinə, həmçinin şadlıq evlərinə səbrli olub gözləməkdən başqa çarə yoxdur. Gözləyək ki, bu bəla da başımızdan sovuşsun, həyat da öz axarına qaldığı yerdən davam etsin.






Xəbərin oxunma sayı : 2230




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap