Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“AGBank”da yarım milyonluq mənimsəmə - sabiq deputatın adamları hakim qarşısında

Tarix 23.03.21, 17:56

Font ölçüsü : - / +
bitmap-img6


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun dostu, sabiq deputat Çingiz Əsədullayevin yaxın adamları hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda mənimsəmədə ittiham edilirlər.

Musavat.com xəbər verir ki, "AĞBank" ASC-də külli miqdarda mənimsəmədə təqsirli bilinən vəzifəli şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır. Onlar Ruslan Quliyev, Pərviz Fərzəliyev və Namiq Həmidovdur.  Məhkəmə araşdırması hakim Azər Paşayevin sədrliyi ilə davam edir.

Məlumata görə, Namiq Həmidov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Adı çəkilən üç şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Onların "AĞBank" ASC-nin 2012-2016-cı illər ərzində vəzifəli şəxslər olublar. Bu müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək “AG Bank” ASC-yə ciddi maddi ziyan vurublar.

Onların tamah məqsədi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Hər üç şəxs barəsində həbs qətimikan tədbiri seçilib. Onlar ümumilikdə, 536 min 428 manat mənimsəmədə təqsirli bilinir.

Qeyd edək ki, “AGBank”ın rəhbəri Çingiz Əsədullayevdir. Əsədullayev Ağdaş seçki dairəsinin deputat idi. Eldar Mahmudov işdən çıxarılandan soran Əsədullayev də mandatını itirdi.



Xəbərin oxunma sayı : 1099




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap