Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şagird 4-cü ildir ki, birinci sinifdə oxuyur - VİDEO

Tarix 30.11.22, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


Ağsuda uşaq artıq 4-cü ildir ki, birinci sinifdə oxuyur. Valideyni övladının əsassız şəkildə sinifdən-sinfə keçirilmədiyini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağsu rayonu, Sanqalan kənd məktəbində baş verib.

Rayonun Qırlar kəndində yaşayan ailə iddia edir ki, onların uşağının yaşına uyğun dərslərdə iştirakına məktəbin direktoru imkan vermir.

Uşağın anası Narıngül Eyubova iddia edir ki, övladı məktəbə getdiyi ilk günlərdə sinifdə müəllimin sərt davranışına görə dərslərdən soyuyub və məktəbə getmək istəməyib.

Ananın sözlərinə görə, bununla belə, atası uşağı may ayına qədər məktəbə aparıb. Tədris ilinin son 15 günündə isə atanın səhhətində yaranan problem səbəbindən uşaq da dərslərdə iştirak edə bilməyib. Narıngül Eyubova iddia edir ki, məhz bu 15 günə görə övladı sinifdən-sinfə keçirilməyib.

Sanqalan kənd məktəbinin direktoru Sihət Abdulov isə "Xəzər Xəbər"ə açıqlamasında valideynin dediklərini təkzib etdi. Direktorun sözlərinə görə, uşaq 2019-2020-ci tədris ilində birinci sinfə qəbul olunub, lakin il ərzində yalnız sentyabr ayında dərslərdə iştirak edib. Məktəbə adaptasiyasında problem yaşandığından bir neçə gün atası ilə dərslərə gəlib. Ancaq sonrakı aylarda ümumiyyətlə məktəbə gəlməyib. Ona görə də Pedaqoji şuranın qərarı və "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar"a əsasən, uşaq sinifdə saxlanıb. Bu hal növbəti tədris illərində də təkrarlanıb. Hazırda şagird məktəbdə fərdi təhsilə cəlb olunub. 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon sektoru da məsələdən xəbərdardır. Qurumdan bildirilib ki, uşağın valideyni onların ünvanına yazığı izahat-məktubunda övladı üçün yaradılmış şəraitdən razı olduğunu bildirib. Adı çəkilən şagirdin əsassız yerə dərsə buraxılmaması və müəllimlər tərəfindən incidilməsi haqqında valideynin dedikləri isə doğru deyil.






Xəbərin oxunma sayı : 430




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap