Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şagirdə qarşı seksual xarakterli zorakılıq edən məktəbli həbs edildi

Tarix 11.02.18, 2:14

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda istintaq davam etdirilir.

Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Report”a açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.

Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Şagirdə qarşı seksual xarakterli zorakılıq edən məktəbli həbs edilib.

Qeyd edək ki, həbs olunan məktəblinin keçmiş müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğu barədə yerli saytlarda xəbər yayılmışdı. Lakin generalın həyat yoldaşı redaksiyamızla əlaqə saxlayaraq bu xəbəri təkzib edib. Bununla bağlı ayrıca yazını qəzetimizin saytından oxuya bilərsiniz. 



Xəbərin oxunma sayı : 316




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap