Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şahmar Mövsümovun qardaşı çoxmilyonluq kredit və girov haqda açıqlama verdi

Tarix 11.09.17, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşının təsisçisi olduğu “AS Group İnvestment” şirkəti hazırda fəaliyyəti dayandırılmış “Bank Standard” QSC-yə olan kredit borcu ilə bağlı açıqlama yayıb. Şirkətdən virtualaz.org-a daxil olan məlumatda deyilir ki, “AS Group İnvestment”in banka mətbuatda yazıldığı kimi 100 milyon yox, 77.5 milyon manat kredi borcu var. Və həmin kreditə görə banka dəyəri kredit məbləğindən dəfələrlə çox olan əmlak girov qoyulub.

Xatırladaq ki, “AS Group İnvestment” şirkətinin “Bank Standard” ASC-dən 100 milyon manat girovsuz kredit götürdüyü haqda bank ekspertlərinə istinadən virtualaz.org yazmışdı. Bildirilirdi ki, şirkət həmin krediti geri ödəmir.

Açıqlamada deyilir ki, “AS Group Investment” daim cəmiyyət qarşısında şəffaf fəaliyyəti ilə seçilmiş şirkətlərdəndir və həyata keçirdiyi layihələrlə Azərbaycanın dinamik inkişafına dəstək olmuş, regionda həyata keçirdiyi layihələrlə isə həm ölkəyə maliyyə cəlb etmiş, həmçinin həmin layihələrin uğuru ilə ölkənin inşaat gücünü beynəlxalq müstəvidə göstərə bilib.

Habelə bildirilir ki, “AS Group Investment” şirkətlər qrupu 1996-cı ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin Mövsümov tərəfindən 2003-cü ildə təsis olunub. Dövlət və özəl sektorda kompleks layihələr həyata keçirən holdinq daim ölkənin inkişafına, iş yerlərinin açılmasına öz töhfəsini verib.

Şirkət bildirir: “7-8 sentyabr tarixlərində bəzi media orqanlarında “AS Group Investment” şirkətlər qrupu və onun təsisçisi Şahin Mövsümov barədə bəzi media orqanlarında dəqiq olmayan məlumatlar yayımlanıb.



Şirkətlər qrupunun və onun təsisçisinin imicinə və işgüzar nüfuzuna xələl gətirən həmin yazılanlar barədə öz rəsmi cavabımızı açıqlayır və hörmətli media qurumlarından xəbərdə haqqında bəhs edilən tərəfin mövqeyinin göstərilməsi prinsipini əsas tutaraq «AS Group Investment»in təqdim etdiyi açıqlamanı dərc etməyinizi xahiş edirik:

Yayılmış məlumatda qeyd olunur ki, “AS Group Investment” şirkətinin təsisçisi Şahin Mövsümov “Bank Standard” QSC-dən guya girovsuz kredit götürüb. Məlumdur ki, Azərbaycan qanunvericiliyinə görə ölkədə heç bir bank girovsuz kredit verə bilməz. “AS Group Investment” də banklarla münasibətini girovlu kreditlər əsasında qurub. Lakin bildirmək istəyirik ki, şirkətlər qrupunun sözügedən banka olan kredit borcunun məbləği xəbər saytlarında qeyd olunan qədər deyil, 77 milyon 750 min manatdır. Bu vəsaitin götürülməsi üçün isə şirkətə və sahibkara aid ümumi dəyəri kredit məbləğindən bir neçə dəfə çox olan torpaq sahələri, mənzil, yaşayış və qeyri yaşayış sahələri, əmlak kompleksləri girov qoyulub.

Bildirmək istəyirik ki, şirkət və holdinqlərin layihələrinin icrası üçün banklardan kredit götürməsi biznesin inkişaf çarxlarından biridir və bu tip kreditlər inkişafı sürətləndirən amillərdəndir.

Şirkətin hazırda “Bank Standard” QSC-dən başqa daha 3 bankda müxtəlif məbləğlərdə krediti mövcuddur və götürülmüş vəsaitlər ölkədə və bölgədə iri layihələrin icrasına yönəldilib. Şirkətlər qrupu əldə etdiyi kreditləri gəlirli layihələrinə yönəldərək həmin vəsaitləri qazanca çevirir. “AS Group Investment”in aktivlərinin dəyəri götürdüyü kreditlərdən dəfələrlə çoxdur.

Hazırda şirkətlər qrupunun layihələrində 2000 nəfərdən çox şəxs çalışır. Şirkətlər qrupunun icra etdiyi ən son layihələrdən biri Hövsanda “Abşeron AqroPark”ının yaradılması olub ki, burada 200 ha ərazidə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulub.

Regionun aparıcı “developer”lərindən biri olan “AS Group Investment”in Gürcüstan, Özbəkistan, Rusiya və Ukraynada nümayəndəlikləri mövcuddur. Şirkət Beynəlxalq aləmdə Azərbaycanı inşaat nəhəngi kimi tanıdır.

“AS Group Investment” bildirir ki, şirkətlər qrupu və onun təsisçisi hər zaman ictimaiyyətə açıqdır. Şirkətlər qrupu fəaliyyəti ilə bağlı ətraflı məlumatı mütəmadi olaraq rəsmi saytında – www.asgroup.az ünvanında yerləşdirir”.





Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap