Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ÜAK-ın yerində yeni yeni diaspor təşkilatı yaradılıb – Rusiyanın Azərbaycan Konqresi

Tarix 08.02.18, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerində yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.

Bu barədə APA-nın Moskva müxbirinə akademik Fazil Qurbanov məlumat verib.

Onun sözlərinə görə, yeni yaradılan təşkilat Rusiyanın Azərbaycan Konqresi (Азербайджанский Конгресс России) adlandırılması təklif olunur: “Bu, mümkün variantlardan biridir. Rusiyanın 70 regionunda diaspor icması yeni diaspor təşkilatının yaradılması ilə bağlı mənə müraciət etdi. Həm də müraciət olundu ki, Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək üçün təşəbbüs qrupu yaradaq. Biz belə qərara gəldik ki, hələlik təşkilat Rusiyanın Azərbaycan Konqresi adlansın. Eyni zamanda Vladimir Putinə dəstək qərargahı yaratdıq. Bu barədə Vladimir Putinin seçki qərargahına, Ümumrusiya Xalq Cəbhəsinə qərargahın yaradılması barədə müraciət etmişik”.

F. Qurbanov deyib ki, artıq Rusiyadakı bütün Azərbaycan diaspor icmalarında Vladimir Putinin namizədliyinin dəstəklənməsi ilə əlaqədar qərargahlar yaradılıb.

F. Qurbanov yeni diaspor təşkilatının yaradılması ilə bağlı yol xəritəsinin hazırlandığını, bu barədə məsləhətləşmələrin aparıldığını da qeyd edib: “Yeni təşkilatın yaradılması üçün təsisçi olmalıdır, qurultay keçirilməlidir. Hazırda bu yöndə məsləhətləşmələr aparılır”.

F. Qurbanov V. Putinin namizədliyinin dəstəklənməsi ilə bağlı yaradılan qərargaha özünün rəhbərlik etdiyini qeyd edib: “70 regionun hər birində yaradılan qərargahlara 3 nəfər daxildir. Qərargah “Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir” devizi altında fəaliyyət göstərir. Qərargaha Rusiyada yaşayan tanınmış azərbaycanlılar, incəsənət, mədəniyyət, elm xadimləri daxildirlər”.



Xəbərin oxunma sayı : 175




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap