Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR Röya yeni paylaşımıyla göz oxşadı - FOTO Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR Xalq artisti bikinidə belə poz verdi - FOTO
Axtar
 
  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

  • / Maqazin / — 17 Avqust 2022

    Röya yeni paylaşımıyla göz oxşadı - FOTO

  • / Maqazin / — 14 Avqust 2022

    Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

Şakira Pike ilə ayrılığından danışdı: “Bəzən mənə elə gəlir ki, bunların hamısı pis yuxudur”

Tarix 22.09.22, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Kolumbiyalı müğənni Şakira “Barselona”nın müdafiəçisi Jerar Pike ilə yollarını ayırdıqdan sonra ilk dəfə mətbuata danışıb.

O qeyd edib ki, Pikedən ayrılması tək özü yox, övladları üçün də çətin olub:

“Mən situasiyanın onlara mümkün qədər az təsir etməsinə çalışıram, lakin bu, inanılmaz dərəcədə çətindir: uşaqlar valideynlərinin ayrılığını qəbul etməyə çalışırlar və bu onları çox əsəbiləşdirir. Bəzən mənə elə gəlir ki, bunların hamısı, sadəcə, pis yuxudur və mən nə vaxtsa oyanacağam. Övladlarımın ataları ilə münasibətini xüsusi və müqəddəs hesab edirdim, amma indi məyusam”.

45 yaşlı pop ulduz qeyd edib ki, Pikeyə görə karyerasını arxa plana keçirib:

“Onun futbol oynaması və kuboklar qazana bilməsi üçün İspaniyaya köçdüm – bu, sevgi adına bir fədakarlıq idi. Bunun sayəsində övladlarımın əsl anası oldum və mən onlarla inanılmaz bir bağ yaratdım. İndi bu bizə yardım olur və münasibətlərimizi qoruyub-saxlayır. Deyə biləcəyim tək şey budur”.

Qeyd edək ki, Jerar Pike və Şakira futbolçunun xəyanəti səbəbindən 11 illik münasibətlərinə son qoyublar.



Xəbərin oxunma sayı : 391

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap