Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Akkord“un zərəri günü-gündən artır - Şirkət niyə ziyanla işləyir?

Tarix 24.07.18, 0:02

Font ölçüsü : - / +
bitmap-img6


"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın 2017-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.

AzFakt.com şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ASC-nin cəmi aktivləri 28,1% azalaraq bu il yanvarın 1-nə 856 milyon 937 min manat təşkil edib.

Bununla yanaşı, 2017-ci ildə "Akkord"un cəmi öhdəlikləri 1,6% artaraq 675 milyon 676 min manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181 milyon 262 min manata düşüb.

Ötən il şirkətin satışdan gəlirləri 12 milyon 788 min manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8 milyon 44 min manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1 milyon 529 min manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.

Son nəticədə "Akkord" 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət, 2016-cı ildən 6 milyon 317 min manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-ci ildə yaradılıb. Ötən ilin sonuna onun nizamnamə kapitalı 74 milyon 113 min manat təşkil edib. Şirkətin səhmdarları 51% payla "VIP Estate" MMC və 49% payla Dərya Müsəllim oğli Vəliyevdir.



Xəbərin oxunma sayı : 298




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap