Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Alfons” Müdafiə Nazirliyindən 43 min manat alacaq – Faktlar

Tarix 26.05.22, 23:06

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “ALFONS” MMC (VÖEN – 1405821071) olub.
Qeyd edək ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi 23.02.2022-ci il tarixində kotirovka sorğusu elan edib.
Tender müsabiqəsinin qalibi olan “ALFONS” MMC bu elandan təxminən bir ay əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 43 min 270 manat ödəniləcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 16, m. 9-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi bir gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tenderlə bağlı diqqət çəkən digər bir məqam isə odur ki, bu ilin yanvar ayının 24-də “ALFONS” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Sahib Zeynalov, ev 16, m. 9) qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğlunun olduğu daha 4 şirkət yaradılıb. “ALFONS” MMC-nin  qanuni təmsilçisi olan Məmmədov Xoşbəxt Mirzə oğlu eyni zamanda "BRANKO" MMC (VÖEN - 1405821351), "STERRATO" MMC (VÖEN - 1405820841), "ENRIKE" MMC (VÖEN - 1405820971) və "CEŞMƏ-MM" MMC-lərin (VÖEN - 1405822961) də rəhbəri olub.
Məlumat üçün qeyd edək ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin bir neçə gün əvvəl keçirdiyi tender müsabiqəsinin qalibi də Məmmədov Xoşbəxt Mirzə oğlunun rəhbərlik etdiyi "CEŞMƏ-MM" MMC olub.



Xəbərin oxunma sayı : 826




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap