![]() |
|














“Allah eləməsin Əli İnsanov hakimiyyətlə barışsın…” – YAP-ın qurucularından biri
Tarix 20.03.19, 19:20 |
|

Sabiq deputat, YAP-ın qurucularından biri olan Maksim Musayev ötən həftə “Yeni Müsavat”a verdiyi müsahibədə keçmiş silahdaşı, eks-səhiyyə naziri Əli İnsanovla bağlı gözləntilərini bölüşmüşdü. O demişdi ki, martın 22-də 73 yaşı tamam olacaq Ə.İnsanovun azadlığa buraxılmasını arzulayır. Eyni zamanda keçmiş nazirin müxalifətə qoşulmasını da istisna etmişdi. “Onu tanıyan biri kimi onun müxalifətə qoşulacağına qətiyyən inanmıram. İnsanovu kənardan kimsə nəyəsə yönəldə bilməz. Digər tərəfdən, o, həbsxanadan çıxan kimə niyə müxalifətə qoşulsun ki? Müxalifət sözsüz ki, ətrafını gücləndirmək istəyir. Amma İnsanovun o düşərgədə olacağını qətiyyən düşünmürəm”- deyə, M.Musayev bildirmişdi.
Ə.İnsanov prezidentin sərəncamı ilə əfv olundu və elə həbsdən çıxan kimi bəyan etdi ki, siyasətdən getmək fikrində deyil. Həmçinin müxalifətlə əməkdaşlıq perspektivləri barədə danışarkən “bilmək olmaz hələ, kim kimin ətrafında birləşəcək” – deyə, çox iddialı danışdı. M.Musayev “Yeni Müsavat”a növbəti müsahibəsində bu barədə danışıb.
AzFakt.com müsahibəni təqdim edir:
- Maksim müəllim, siz demişdiniz ki, Əli İnsanov həbsdən çıxandan sonra müxalifətə qoşulmayacaq. Amma özü sizin dediklərinizi təkzib etdi, siyasətdə olacağını bildirdi. Hətta müxalifətin ona qoşula biləcəyi barədə proqnoz verdi. Bu barədə nə deyə bilərsiniz?
– Mən keçən dəfə də demişdim, Əli İnsanov müstəqil fikirli adamdır. Hər sahə üzrə özünün şəxsi mövqeyi var, istəyir elm, istəyir siyasət, istəyir iqtisadiyyat olsun. Çünki o, təkmil bir insandır. Mən indi zamin ola bilmərəm ki, hansı mövqeni tutacaq. Amma mən keçmiş partiyadaşı, deputat həmkarı kimi onun xüsusiyyətlərini bilərək bu fikri söyləmişdim ki, onun müxalifətə qoşulacağına inanmıram. Bir də ki, iqtidar da bizim özümüzünküdür, azərbaycanlıdır, bu millətin nümayəndəsidir, müxalifət də özümüzünküdür, millətin seçilmiş oğlanlarıdır. Mən burada iki cəbhəyə bölünmək, onları düşmən kimi qarşı-qarşıya qoymağı xoşlamıram. Niyə? Çünki mən də, elə Əli müəllimin özü də vaxtilə müxalifətdə olmuşuq. Müxalifətlə iqtidar dil tapıb söhbət etməli, məsələlərə aydınlıq gətirməlidirlər. Bir tərəfin fikirlərinə digər tərəf qarşılıqlı şəkildə münasibət bildirməlidir.
- Əli İnsanovla görüşmək imkanınız olubmu?
– Mən Əli müəllimlə görüşməmişəm. Səbəbini deyim: o gün hesabladım, bu adam 5 min sutkadır ki, evindən, eşiyindən, ailəsindən, qohum-əqrəbasından kənarda qalıb. 5 min sutkadır ki, həbsxanada, qazamatda olub. İndi gərək ona imkan verələr ki, adaptasiya olsun, özünə gəlsin, ətrafdakı məsələlərlə tanış olsun. Bəlkə onda elə ideyalar yarandı ki, biz heç o barədə bilmirik. Ona görə də, sözün düzü, əgər görüşü lazım bilsə, mən onunla görüşə gedəcəyəm. Çünki bu adam 5 min sutka həbsdə qalıb. Balaca məsələ deyil e. Bizi 5 gün nədənsə məhrum edəndə əzab çəkirik, elə deyilmi? Odur ki, özü nə vaxt lazım bilsə, mən görüşə bilərəm.
- Sabiq nazir çox iddialı danışdı. Sizə qəribə gəlmədi ki?
– Bilirsiniz, o, siyasətçidir də. Özü də yetkin adamdır, 73 yaşındadır. Danışmalıdır da. Həm də gedib orada restoranda-zadda gəzməyib ki. O əzabları görüb, məhbus yoldaşları ilə oturub-durub. Bunun yetkinliyi çox-çox genişmiqyaslı və dərindir.
- Qərbi Azərbaycan toplumu Əli İnsanovun azadlığa çıxmasını, söylədiyi fikirləri necə qarşılayıb?
– Vallah, xəbərim yoxdur. İnanmıram ki, qərbi azərbaycanlılar onun azadlığa buraxılmasından narazı qalsınlar. Yəqin ki, razıdırlar. Bir də ki, bu bölüşdürməni qəbul etmirəm. Bölüşdürürlər, qərbi azərbaycanlılar, naxçıvanlılar, qarabağlılar, şirvanlılar… Bunlar bizim milləti məhv etmək üçün düşünülmüş erməni variantıdır. Mən hər gün Ermənistan mediasına baxıram, erməni dilini unutmamaq üçün, oradakı siyasəti dərindən bilmək üçün.
Təbii ki, o siyasət mənim özümdən başqa heç kimə lazım deyil. Bilmirəm bu barədə kim maraqlanır, kim maraqlanmır. Orada böyük debatlar gedir. Qarabağ erməniləri, İrəvan erməniləri, Martuni erməniləri, Göyçə erməniləri və s. söhbəti gedir. Onlar deyirlər ki, biz bu bölgünü ləğv etməliyik, çünki bizi parçalayır. Eləcə də bu kimi bölgülər digər millətlərdə də var. Mən Rusiyada oxumuşam, orada da müdafiə etmişəm, onların da xüsusiyyətlərini bilirəm. Həmçinin gürcülərlə də işləmişəm, onlar da belə bölgülər aparır. Yəni belə məsələləri yığışdırmalıyıq. İndi qərbi azərbaycanlılara gəldikdə, sizə bir söz deyim, Əli İnsanov həbs ediləndə Qərbi Azərbaycandan olan bir neçə akademik televiziyada birbaşa onun üzünə durdu. Üçü də qərbi azərbaycanlı idi, elə deyilmi?
- Hesab olunur ki, Əli İnsanovun həbsindən sonra ən böyük zərbə elə Qərbi Azərbaycan toplumuna dəyib…
– Ay sağ ol. Onun üzünə neçə nəfər qərbi azərbaycanlı durub, bunu da unutmaq olmaz.
- Amma bəzən belə fikirlər də səslənir ki, qərbi azərbaycanlıların ağsaqqalı Əli İnsanovdur…
– Qətiyyən! Qətiyyən! Birincisi, qərbi azərbaycanlıların arasında belə bir tendensiya olmayıb ki, biz belə edərik, ya elə edərik. Bunlar artıq şeylərdir. Onsuz da kimin hansı qüvvəyə malik olduğu bəllidir. Artıq o dövr getdi.
- Keçmiş nazir azadlığa çıxmasına görə ABŞ və Avropaya təşəkkür etdi. Bildirdi ki, guya Azərbaycan prezidenti onu buraxmağa məcbur olub. Razılaşırsınızmı?
– Mən də o fikirləri eşitdim. Demək, o, nəsə bilirmiş ki, elə deyib.
- Deməli, siz də eyni fikirdəsiniz?
– Başqa cür nə düşünmək olar ki? Bir də yəqin cənab prezident bilib ki, azad etmək lazımdır. Cənab prezidentin burada imzası varsa, demək, rolu olub, bunu kənara qoymaq olmaz. ABŞ və digərləri sözünü deyiblərsə və həqiqətən də müdafiə ediblərsə – bu barədə mənim məlumatım yoxdur əlbəttə – sağ olsun hamısı. Amma sərəncamı imzalayan prezidentdir.
- Belə çıxmırmı ki, Əli İnsanovun keçmiş komandadaşları, hakimiyyət nümayəndələri ilə barışmaq fikri yoxdur?
– Mən inanmıram. Allah eləməsin, Allah eləməsin, mən də onun yerində olsaydım, bu hakimiyyətin bəzi adamları ilə heç bir kompromisə girmərəm. Mən onu düz başa düşürəm və düzgün mövqedə olduğunu da təsdiq edirəm. Həqiqətən də nə təhər olur, yüksək vəzifələrdə kresloda oturmusunuz… Sabah, birigün ola bilər ki, onlar üçün də belə variant əmələ gələ bilər, Allahın işini bilmək olmur. Ona görə də gərək bir-birimizin qayğısına qalaq. Əks təqdirdə, vəziyyət daha da pisləşə bilər. Burada şəxsi mənafe, pul, vəzifə güdmək milləti məhv edir.
Xəbərin oxunma sayı : 691
Müsahibə
Xəbərlər
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV