Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şamaxılı məktəbliləri maarifləndirici tur- aksiyalarda iştirak edir

Tarix 23.03.17, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları ilə yaxından tanış olacaqlar

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarındakı  ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaları  davam edir.

Tur-aksiya çərçivəsində martın 23-də Şamaxının ümumtəhsil məktəblərinin əlaçı və nümunəvi şagirdlərindən ibarət qrup Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salınmışdır.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Şamaxı şəhərindəki Heydər Əliyev mərkəzinin qarşısında keçirilən yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzi parkında müasir Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Yolasalma mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova Prezident cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışmış, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Digər çıxış edənlər məktəblilərə qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiribər.

Tur-aksiya iştirakçıları musiqi sədaları altında şən ab-havada rəqs etmiş, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin çıxışlarına tamaşa ediblər.

Şamaxıdan olan 40 məktəbli, 4 müəllim və 1 tibb işçisi dörd gün ərzində Gəncə şəhərini, Şəmkir və Göygöl rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap